Sloveniya qaçqın qəbulunda limit tətbiq edəcək
Tarix: 16.02.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Sloveniya qonşu Avstriya nümunəsi əsasında ölkəyə qaçqın qəbuluna limit tətbiq edəcək. Sloveniyanın STA agentliyinin məlumata görə, bu qərarın verilməsi Avstriyanın eyni addımı atacağını elan etməsi ilə əlaqədardır.
Sloveniya hökuməti Balkan regionundan Mərkəzi və Qərbi Avropa istiqamətində hərəkət edən marşrut üzərində yerləşən Xorvatiyanı da həmin qərar barədə məlumatlandırıb. Avstriya hökuməti cari ildə maksimum 37500 qaçqın qəbul edəcəyini elan etdikdən sonra qaçqınların hərəkət marşrutu üzərində yerləşən ölkələrdə də limit tətbiqi məsələsi aktuallaşıb. Sloveniya Avstriyaya gündəlik qaçqın transferini min nəfərədək azaltmaq niyyətindədir. Fevralın 18-də Avropa İttifaqının qaçqınlar və siyasi sığınacaq məsələlərinə həsr olunmuş Zirvə toplantısı öncəsi Mərkəzi Avropa ölkələri arasında qaçqın qəbulu ilə bağlı Almaniyanın yürütdüyü kursa qarşı müqavimət güclənməkdədir. Slovakiyanın Baş naziri Robert Fitso bazar günü verdiyi açıqlamada Almaniyanın qaçqınlarla bağlı öz “xoşgəldin” siyasəti ilə ciddi səhvə yol verdiyini və digər ölkələri bu siyasətə qoşulmağa məcbur etdiyini bildirib. Dünən Praqada Makedoniya və Bolqarıstanın iştirakı ilə “Vişeqrad ölkələri”nin (Çexiya, Slovakiya, Macarıstan və Polşa) toplantısı keçirilib. Kansler Angela Merkelin kursu ilə ziddiyyət təşkil edən ölkələri bir araya gətirən bu toplantı Avropa İttifaqı daxilində qaçqın qəbulu mövzusunda mövqeləri daha da gərginləşdirə bilər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info