Ədliyyə orqanlarına yeni işçilər götürüləcək
Tarix: 16.02.2016 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə geniş kollegiya iclası keçirilib. İclasda Prezidentin sədrliyi ilə cari ilin yanvarında keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və ölkənin sosial-iqtisadi inkişafına dair iclaslarda verdiyi tapşırıqlarla bağlı ədliyyə orqanlarının qarşısında duran vəzifələr müzakirə olunub.
Nazirliyin yeni istifadəyə verilmiş və müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş akt zalında keçirilən iclasda ədliyyə orqanları tərəfindən görülmüş işlər İKT vasitəsilə əyani təqdimatla müşayiət olunmaqla təhlil edilib. Qeyd olunub ki, 2015-ci ildə ədliyyə fəaliyyətinin təkmilləşdirilməsinə dair dövlət başçısının tapşırıqlarının icrası üzrə mühüm tədbirlər həyata keçirilib. Diqqətə çatdırılıb ki, 2015-ci ildə nazirlik tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş 780 qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 2670 belə akt hüquqi ekspertizadan keçirilib. Milli qanunvericiliyin elektron bazasına 2330 sənəd daxil edilib. İl ərzində həmin bazaya vətəndaşlar tərəfindən 180 mindən çox başçəkmə olub. Dövlət başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 42 mindən çox vətəndaşın müraciətinə baxılıb, 9800-ə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və “virtual qəbul” məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb. Notariat orqanlarında aparılan əməliyyatların sayı 3,3 milyonu ötüb, 344 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Bu əməliyyatlarla bağlı 37 milyon manatadək dövlət rüsumu və haqq ödənilib. Vətəndaş məmnunluğu doğuran və 7 milyon insanın faydalandığı Azərbaycanın milli brendinə çevrilmiş “ASAN xidmət” mərkəzləri çərçivəsində 1,7 milyon əməliyyat ədliyyə orqanları tərəfindən həyata keçirilib. Vətəndaşlar nazirlik tərəfindən göstərilən 20 elektron xidmətdən yararlanıblar. “Elektron notariat” informasiya sistemi də təkmilləşdirilərək bir çox yeni funksiyalar əlavə edilib. Dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4100-ü ötüb, KİV-lərin sayı isə 5100-ə çatmaq üzrədir. Azərbaycan Prezidentinin sahibkarlığın inkişafına əngəllərin aradan qaldırılması ilə bağlı göstərişlərinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestri xeyli təkmilləşdirilib. Qeyd olunub ki, 2015-ci ildə əvvəlki illə müqayisədə icra işlərinin sayı 50 faizdən çox artıb. Onlardan 220 mindən çoxunun icrası təmin edilib. Hüquqi və fiziki şəxslərə 168 milyon manat vəsaitin ödətdirilməsinə nail olunub. Nazirliyin kadr potensialının gücləndirilməsi, o cümlədən gənclərin işlə təminatı daim diqqət mərkəzində saxlanılıb, keçirilmiş müsabiqələr nəticəsində 435 nəfər ədliyyə orqanlarına qulluğa qəbul edilib. İclasda, həmçinin ədliyyə fəaliyyətində mövcud nöqsan və çatışmazlıqlar müzakirə edilib, onların aradan qaldırılmasının zəruriliyi vurğulanıb, konkret tapşırıqlar verilib. Eyni zamanda, ədliyyə fəaliyyətində işin səmərəliliyinin artırılması, vətəndaşların müraciətlərinə hər zaman həssas və qayğı ilə yanaşılması, insanlarla daha çox təmasda olan ədliyyə qurumlarında vətəndaş məmnunluğunun yüksəldilməsi, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, ədliyyə orqanlarında əmək və icra intizamının gücləndirilməsi, vakansiyaların çevik doldurulması, maliyyə nəzarətinin yüksəldilməsi, izafi xərclərə yol verilməməsi üzrə və digər aidiyyəti tədbirlər müəyyən edilib. Kollegiyada dövlət başçısının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında fərmanının icrası ilə bağlı vəzifələr müzakirə olunub, nazirlikdə belə şura yaradılıb.






 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info