DSMF fəaliyyətini daha da genişləndirib
Tarix: 16.02.2016 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


2015-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) struktur bölmələri tərəfindən etik davranış qaydalarına riayət olunması vəziyyəti dövri olaraq müzakirə edilib və bu sahədə konkret tədbirlər görülüb.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, dövlət qulluqçularının qeyri-etik davranışı ilə bağlı ərizə və şikayətlər üzrə araşdırmaların aparılması qanunvericiliyə uyğun olaraq həyata keçirilməklə, müraciətlərə baxılması operativ və qısa müddət ərzində təmin olunub və dövri olaraq izlənilib.
Bundan əlavə, təsdiq olunmuş qrafikə əsasən fondun rəhbərliyi və şöbə müdirlərinin qəbul günləri müəyyənləşdirilib və bu barədə xüsusi məlumatlandırma lövhəsi qurulub.
2015-ci il ərzində bilavasitə DSMF-nin rəhbərliyi tərəfindən 407 vətəndaş, o cümlədən regionlarda 326 vətəndaş qəbul edilərək onların müraciətlərinə baxılıb.
Müraciətlərlə iş sahəsində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri olan vətəndaşların informasiya ilə təmin olunması və məlumatlandırılması məqsədilə əhatəli təbliğat işləri aparılıb, bu sahədə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunub. Fondun internet səhifəsinin təkmilləşdirilməsi, məlumatların mütəmadi yenilənməsi davam etdirilib. Vətəndaşların narazılığına səbəb olacaq halların aradan qaldırılması məqsədilə başlıca vasitə kimi fəaliyyətin elektron xidmətlər əsasında təşkili daha da genişləndirilib. Vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fondun aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 2014-cü illə müqayisədə 26% azalıb.
Ötən il DSMF tərəfindən kadrların ixtisas səviyyəsinin təkmilləşdirilməsi kurslarının tədris planı çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birgə etik davranış məsələləri üzrə tədris və treninqlər ardıcıl şəkildə davam etdirilib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info