Xəzər və Pirallahı məktəblilərinə “Diaspor dərsi” keçirilib
Tarix: 16.02.2016 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


Diaspor Jurnalistləri Birliyinin könüllü icra etdiyi “Orta məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində növbəti dərslər Xəzər və Pirallahı  rayonlarında keçirilib. Fevralın 15-də Xəzər rayonundakı 181 saylı tam orta məktəbdə keçirilən tədbiri məktəbin direktoru Fərqanə Abbasova açaraq DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib. O, layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə “Orta məktəblərdə diaspor dərsləri” layihəsi haqqında məlumat verib. O, Azərbaycanda ilk dəfədir ki, belə bir layihənin keçirildiyini diqqətə çatdırıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov milli diasporumuzun inkişaf tarixi və yayılma coğrafiyası haqqında danışıb: “Təqribi sayı 50 milyon göstərilən dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda tarixi torpaqlarından kənarda - mühacirətdə yaşayır və Azərbaycan diasporunu təşkil edir. Dünyanın 5 qitəsində yaşayan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr kimi müxtəlifdir”.
Əbülfəz Şeydabəyovun sözlərinə görə, beynəlxalq müstəvidə güclü Azərbaycan, güclü diasporumuz deməkdir: “Xaricdəki soydaşlarımız Azərbaycanımızın bir parçasıdır. Uzaq ölkələrdə azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəblərinin açılması və dolğun təbliğatın aparılması istiqamətində dayanmadan işlər görülməkdədir. Xaricdə yaşayan soydaşlarımız ilə mütəmadi işlərin aparılması zəruriliyi prioritet amilə çevrilib. Diasporla İş üzrə Dövlət Komitəsi qürbət ellərdə həmyerlilərimizin azərbaycanlı kimliyinin yaşadıqları toplumlar içərisində uğurla inteqrasiya etməsini hədəf alaraq, yeni formalaşan nəslin də Vətənlə sıx bağlantı qurmasını başlıca hədəf götürməkdədir”.
Beykent Universitetinin magistri, Dünya Azərbaycanlıları Konqresinin Gənclər təşkilatının Türkiyə təmsilçisi Ərtoğrul Cahandar keçirdiyi tədbirlər haqqında məlumat verib.
O bildirib ki, xaricdə yaşayan hər bir azərbaycanlının qəlbi Azərbaycanla döyünməlidir: “Diasporumuz Azərbaycanın tarixini, mədəniyyətini, keçmişini xaricdə yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmalıdır. Hər kəs bilməlidir ki, Azərbaycan dövləti necə yaranıb, tarixi keçmişi, Azərbaycana qarşı törədilən soyqırımlar, haqsızlıqlar necə baş verib. Bunların hamısı diasporumuzun sayəsində xaricdə təbliğ olunmalıdır. Azərbaycan vətəndaşı, gəncliyi mərddir və vətənpərvərdir. Mübariz İbrahimov kimi qəhrəmanlarımızla fəxr etməliyik”.
Ə.Cahandar qeyd edib ki, dünyaya inteqrasiya təhsildən keçir: “Xaricdəki gənclərimiz ictimai fəaliyyətlə məşğul olmaları ilə yanaşı, yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrinə də məlumat verməlidirlər. Azərbaycan gəncliyi ilə, gənclik isə Azərbaycan ilə fəxr etməlidir. Diasporumuz, eləcə də xaricdə təhsil alan gənclərimiz birlik və bərabərliklərini qorumağı bacarırlar. Və sonda ulu öndər Heydər Əliyevin əsas bir sözünü demək istərdim: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən Azərbaycanlıyam!”. Təbii ki, hər bir Azərbaycan gənci bu sözü unutmamalıdır”.
DJB-nin baş katibi Siyavuş Əmirli diaspor fəaliyyətinin bir ürək, könül işi olduğunu deyib. O, DJB-nin gördüyü işlərdən də danışıb: “DJB Azərbaycan mediasının diaspor mövzusuna diqqətinin daha da artırılması, xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əlaqələrin qurulması, Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyələrinin xaricdə daha da geniş yayılmasını təşkil etmək məqsədi yaradılıb. Az müddətdə DJB bir sıra uğurlu işlərə imza atıb. Belə ki, DJB tərəfindən Bakıda 4 dəyirmi masa keçirilib, Xocalı soyqırımı ilə bağlı bir film çəkilib. Hazırda DJB ictimai təşəbbüsü əsasında ölkə daxilində 2, xaricdə isə 3 layihə icra edir. DJB bu müddətdə 15 ölkənin 20 nüfuzlu mediasında Azərbaycan, eləcə də Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc etdirib.”
Elə həmin gün növbəti “Diaspor dərs”i Pirallahı rayonundakı 235 saylı orta məktəbdə də davam edib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahir Süleymanov açaraq Azərbaycanda diaspor quruculuğunun əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulması, onun dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətlərinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı göstərdiyi xidmətlər barədə geniş məlumat verib.
Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Seymur Yusibov Azərbaycan həqiqətlərinin dünyada yayılmasında diasporumuzun əhəmiyyətli rol oynadığını deyib: “Xaricdə yaşayan azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini qoruyub saxlayıb, tarixi Vətənlə əlaqələrini itirməməyə çalışıblar. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da elə bu amillə bağlıdır”.
DJB sədri Fuad Hüseynzadə, DİDK-nin əməkdaşı Əbülfəz Şeydabəyov, Beykent Universitetinin magistri, DAK-ın Gənclər təşkilatının Türkiyə təmsilçisi Ərtoğrul Cahandar və DJB-nin baş katibi Siyavuş Əmirli dövlətin diaspor siyasəti, bu istiqamətdə görülən işlər, diasporumuzun qarşısında duran vəzifələr haqqında danışıblar.
Qeyd edək ki, hər iki məktəbdə “Diaspor dərsi” diskussiya şəraitində keçib və şagirdləri maraqlandıran suallara ətraflı cavab verilib.
Xatırladaq ki, layihə çərçivəsində Bakının 12 məktəbində 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi”nin keçirilməsi nəzərdə tutulmuşdu. Bundan əvvəl 4 ay ərzində Binəqədidəki 244, Yasamaldakı 13, Səbaildəki 236, Qaradağdakı 106, Nəsimidəki 240, Nərimanovdakı 178, Nizamidəki 32, Xətaidəki 265, Suraxanıdakı 114, Sabunçudakı 94 saylı məktəblərin 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi” keçirilib. Beləliklə, bununla da DJB “Orta məktəblərdə diaspor dərsləri” layihəsinin birinci mərhələsini yekunlaşdırıb.  
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info