Qırğızstanın Dövlət televiziyasınıda Azərbaycandan danışılıb
Tarix: 16.02.2016 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


2016-cı ilin fevral ayının 13-də Qırğızstanın əsas dövlət televiziya kanalı olan İctimai Teleradio Yayım Korporasiyasının (KTRK) şənbə günləri saat 21:55-dən 22:25-dək yayımlanan “Most Drujbı” (“Dostluq Körpüsü”) verilişinin qonağı Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov olub.
Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyində və səfirin iqamətgahında baş tutan müsahibədə səfir Hidayət Orucov əsasən Azərbaycan ilə Qırğızstan arasında ikitərəfli münasibətlər, Ulu Öndər Heydər Əliyevin Qırğızstana münasibəti, Çingiz Aytmatovun Azərbaycan haqqında fikirləri və digər mövzular haqqında danışmışdır.
Səfir bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olmuşdur. Heydər Əliyev türkdilli ölkələrlə qardaşlıq münasibətlərinin yaranması üçün hədsiz işlər görüb və türk tarixinin ən çox sayılıb-seçilən şəxslərindəndir.Mərkəzi Asiya və Qırğızstanla qarşılılıqlı sıx əməkdaşlığın inkişafı Heydər Əliyevin xarici siyasətinin prioritet istiqamətlərindən biri idi.
Səfir Hidayət Orucov böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına da xüsusi diqqət və məhəbbət ilə yanaşdığını dilə gətirmişdir.
Diplomat bildirmişdir: “Ulu Öndər Heydər Əliyev deyirdi: Manasın dili – bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq”.
H.Orucov, Çingiz Aytmatovla bağlı suala cavab olaraq qeyd etmişdir ki, “Mənim şəxsi fikrimdi ki, iyirminci əsrin ikinci yarısında türk dünyası bəşəriyyətə iki böyük insan bəxş edib. Dünya siyasətində - Heydər Əliyevi və dünya ədəbiyyatında – Çingiz Aytmatovu”.
Həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə çoxsaylı iqtisadi islahatlar həyata keçirilib və həmçinin dünyanın aparıcı energetika şirkətləri tərəfindən neft və qaz sektoruna investisiyaların yatırılmasına nail olmuşuq. Buna görə də enerji amili, üstəgəl islahatlar və enerji ehtiyatlarının satışından əldə etdiyimiz aktivlərin insan kapitalına investisiya qismində yatırılması bizə iqtisadiyyatımızı şaxələndirmək imkanını verir.
Hidayət Orucov, Azərbaycan Respublikası Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin və Qırğız Respublikası Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayevin rəhbərlikləri ilə ölkələrimiz arasında əməkdaşlıq, dostluq və qardaşlıq münasibətləri genişlənib, dərinləşib və möhkəmləşib, bu da ikitərəfli və hökumətlərarası əməklaşlığın dinamik inkişafına əlavə impuls verdiyini vurğulamışdır.
Səfir qeyd etmişdir ki, axır üç ildə həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilmiş, Azərbaycan həqiqətlərinin Qırğızstanda və Qırğızstan həqiqətlərinin Azərbaycanda daha yaxından tanıdılması üçün güclü iş aparılmışdır.
Jurnalistin Qırğız Respublikası Prezidentinin Qırğızstanın tarixində ilk dəfə olaraq səfiri ad günü münasibətilə təbrik etməyi barədə sualına, Hidayət Orucov Qırğızstan Prezidentinə dərin təşəkkürünü bildirmiş, Qırğızstan Prezidentinin diqqətini Azərbaycana xalqına olan hörmət və məhəbbət kimi qiymətləndirmişdir.
Səfir Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə ona anadan olmasının 70 illiyi ərəfəsində "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif etməsinə görə Qırğızstan mətbuatı vasitəsilə dərin təşəkkürünü bildirmişdir.
Səfir vurğulamışdır ki, Azərbaycan ilə Qırğızstan arasında əməkdaşlıq münasibətləri bütün sahələrdə inkişaf etməkdədir və bu xətt Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.
Bildirmişdir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə Qırğız Respublikasının İctimai Teleradio Yayım Korporasiyası arasında əməkdaşlığa start verilməsi sevindirici haldır.
Hidayət Orucov KTRK-nın “Azərspace-1” peykinin resurslarından istifadə etməyə başlamasını yüksək qiymətləndirmiş, Qırğızstanın digər televiziya kanallarının da Azərbaycan peykinə maraq göstərdiyini qeyd etmişdir.
Səfir kanala Ulu Öndər haqqında filmləri və Səfirliyin tədbirlərini kifayət qədər işıqlandırdıqları üçün təşəkkürünü bildirmişdir.
Səfir jurnalistin çoxsaylı digər suallarını cavablandırmışdır.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti qeyri-mümkündür
23.03.2019
Dünya Bankı Cənub Qaz Dəhlizinə hər zaman dəstək verməyə hazırdır
23.03.2019
“Şimali Koreya sanksiyalarını geri çəkirəm“
22.03.2019
Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
22.03.2019
‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info