AMEA Tarix İnstitutu mətbuat xidmətinin açıqlaması
Tarix: 16.02.2016 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Son günlər bəzi xəbər saytlarında Amerikanın kəşfində Azərbaycan elminin rolunu inkar edən yazılar yer almışdır. 2001-ci ildə 8-ci siniflər üçün nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyində dahi Azərbaycan alimi Nəsirəddin Tusi ilə bağlı verilmiş məlumatlara şübhə ilə yanaşılır. Onun, hətta Azərbaycan alimi olmadığını sübut etməyə cəhdlər göstərilir. Bəziləri isə tarixçiləri istehza hədəfinə almaqdan da çəkinmirlər. Bununla bağlı olaraq Tarix İnstitutunun mətbuat xidməti ictimaiyyətin nəzərinə çatdırmağı özünə borc bilir ki, hazırda orta məktəblərin 8-ci sinfində “Orta əsrlər tarixi” tədris olunmur. Həmin siniflərdə “Ümumi tarix” tədris olunur və göstərilən dərslikdə belə bir məlumat verilməyib. Bundan 15 il əvvəl nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinə gəldikdə orada Tusi haqqında verilən məlumatlar tarixi həqiqətdir. Bunun üçün tariximizə şübhə ilə yanaşanlara aşağıdakı elmi ədəbiyyatla tanış olmağı məsləhət görürük:
1) Fizika-riyaziyyat elmləri doktoru Həbibulla Məmmədbəylinin 1968-ci ildə nəşr olunmuş “Mühəmməd Nəsirəddin Tusi” əsəri. Həmin əsərdə “Marağa rəsədxanasının coğrafi koordinatlar cədvəli və Amerikanın kəşfi” adlı ayrıca bölmə verilmişdir.
2) Tədqiqatçı Ramiz Dənizin 2014-cü ildə nəşr olunmuş “Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi” və “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” əsərləri.
Tarix İnstitutu ictimaiyyətə qürur hissi ilə məlumat verir ki, bəzilərinin əsassız iddialarına baxmayaraq Nəsirəddin Tusi dünya elminin inkişafında misilsiz xidmətləri olan dahi Azərbaycan alimidir (Bu haqda bax: İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi. II kitab. Fars dilindən çevirən: tarix üzrə elmlər doktoru Ş.F.Fərzəliyev. Bakı, 2014. səh. 1302-1314). Tusinin elmi yaradıcılığı dünya elminin inkişafında, o cümlədən təkcə Amerikanın kəşfində deyil, ümumiyyətlə Böyük coğrafi kəşflərdə də çox mühüm rol oynamışdır. Tarix İnstitutunun mətbuat xidməti ictimaiyyətə onu da məlum etməyi özünə borc bilir ki, bəzi xəbər saytlarında tarixçilərə qarşı irəli sürülən ittihamlar yenilik deyil, 2012-ci ildə erməni jurnalisti Sedrak Mkrtçyan və bəzi erməni saytlarının Nəsirəddin Tusi haqqındakı qərəzli yazılarının təkrarıdır. Bu haqda baxın:
1) http://517design.livejournal.com/494623.html
2) https://yerznkyan.wordpress.com/2012/02/25/6584/
3) http://blognews.am/rus/news/16513/skan-iz-uchebnika-po-istorii-azerbaiydzhana-azerbaiydzhanskaya-nauka-i-otkriytie-kolumbom-ameriki.html
Tarix İnstitutunun mətbuat xidməti müvafiq informasiya saytlarını xalqımızın tarixi ilə bağlı məsələlərdə diqqətli olmağa, yoxlanılmamış və zərərli məlumatları yaymaqdan çəkinməyə çağırır.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info