Dövlətlər böhrandan çıxmanın yollarını axtarır
Tarix: 16.02.2016 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Özbəkistanda 90 müəssisənin dövlətə aid hissələri satılacaq

Özbəkistanda hökumət, aralarında Daşkənd Fond Birjası və bəzi bankların da olduğu 90 müəssisənin dövlətə aid ən az 15 faiz hissəsini xarici sərmayəçilərə satmaq qərarına gəlib. Hökumət tərəfindən imzalanan fərmanla hissələri satışa çıxarılan müəssisələrin siyahısı yerli mətbuatda dərc olunub. Həmin müəssisələr arasında “Özbəktelekom”, “Özbək Yüngül Sənaye Birliyi” kimi müəssisələr, “Asaka Bankı”, “Agrobank”, “Hipotekbank”, “Mikrokreditbank” kimi banklar da yer alır. Ümumilikdə 25 faiz hissəsi satışa çıxarılan Daşkənd Fond Birjasının siyahısında, neft-qaz sektorunda xidmət göstərən 17 müəssisə, 10 tikinti şirkəti, 9 şərab zavodu və kömür müəssisələri də var. Qeyd edək ki, hökumət daha əvvəl, hissələrinin 15-33 faizə qədəri xarici sərmayəçilərə satılan müəssisələrin 1 yanvar 2020-ci ilə qədər gəlir vergisindən azad olmasını qərarlaşdırmışdı.
Rusiya iqtisadiyyatındakı durğunluq 15 il daha davam edə bilər
Rusiya Maliyyə Nazirliyinin təxminlərinə görə, lazım olan islahatlar həyata keçirilməzsə və neft qiymətləri yüksəlməzsə, ölkə iqtisadiyyatındakı durğunluq ən az 15 il daha davam edəcək. Rusiyanın “Vedemosti” qəzetində yer alan xəbərə görə, Rusiya Maliyyə Nazirliyi tərəfindən 2030-ci ilə qədərki dövrü əhatə edən müddətdə iqtisadiyyatdakı durğunluğun düzəlməyəcəyi qeyd edilir.
Ölkədə iqtisadiyyatın bu il 0,8 faiz kiçilməsinin, 2017-ci ildə isə təkrar böyümə imkanını yaxalamasının gözlənildiyi hesablamalara görə, 2020-ci ildə yalnız 2014-ci ildəki ümumi daxili məhsul səviyyəsinə gələ biləcək. Ötən ildən bu yana təxminən 13 faiz geriləyən real ödənişlər 2014-cü ilin səviyyələrinə ancaq 2025-ci ildə gələ biləcəyi gözlənilir.
Gizli bank hesablarının yeni ünvanı
Beynəlxalq yoxlamadan azad olmaq istəyən zənginlər gizli bank hesablarını artıq İsveçrədən ABŞ-a daşıyır. ABŞ-ın qarşılıqlı məlumat mübadiləsi razılaşmasını imzalamaması ölkəni "gizli hesablar" üçün gedərək daha cazibədar edir. Qlobal maliyyə böhranının ardından ABŞ vergi qaçaqçılığının qarşısını almaq üçün Amerika vətəndaşlarının başqa ölkələrdəki dolları ilə bağlı bank hesabları barədə məlumatların avtomatik olaraq paylaşılmasını tələb etdi. Lakin ABŞ-ın öz ölkəsindəki xaricilərin bank məlumatlarının paylaşılmasına icazə verəcək olan beynəlxalq razılığa hələ imza atmaması isə qanuni bir boşluğun yaranmasına gətirib çıxardı. Beynəlxalq maliyyə mütəxəssislərinə görə, bu baxımdan daha əvvəl sərmayələrini Kayman adalarında,ya da İsveçrə banklarında saxlayan zənginlər, qısa zamanda sərmayələrini ABŞ-dakı gizli bank hesablarına köçürməyə başladılar.
ABŞ ölkə daxilindəki xaricilərin bank hesabları haqda məlumatı yaymaqla bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Avropa Şurası ilə birgə hazırlanan "Vergidə Qarşılıqlı İnzibati Yardım haqqında Saziş"i (CRS) bu zamana qədər imzalamayıb. Bunun sayəsində ABŞ ölkəsindəki xaricilərin bank hesablarına dair məlumatları "ortaq hesabat standartları" çərçivəsində avtomatik olaraq digər ölkəyə bildirməyə bilir.
Məsələ ilə bağlı beynəlxalq hesabatda ABŞ-ın CRS razılaşmasını imzalamamasına səbəb olaraq bu ifadələrə yer verilir: "Konqresə nəzarət edən respublikaçılar ABŞ-ın bank sənayesinə zərər vermək istəmir. ABŞ banklarının, xüsusilə Mayamidəkilərin Latın Amerika pulu ilə dolu olduğu bir sirr deyil. Hesablarla bağlı məlumatların paylaşılması bu pulu yurd xaricinə qaçırar, ABŞ-ın hazırkı üstün vəziyyətinə zərər verər. ".
"Cenevrə qan itirir"
Bir zamanlar "gizli bank hesabları" deyildiyində ilk ağla gələn yer İsveçrənin Cenevrə şəhəri idi. Beynəlxalq investorlar, yoxlamadan uzaq qalacağını düşünərək sərmayələrini gizli bank hesablarına gətirirdi. Lakin son illərdə İsveçrədəki maliyyə təşkilatları ağır pul cəzalarına tuş gəldiyinə görə, investorlar yeni ünvan axtarışına başladı. Beynəlxalq hesabat standartlarını tam olaraq yerinə yetirməyən ABŞ isə qısa zamanda sərmayə axınını qazanan hala gəldi.
“London Capital Group”un (LCG) analitiki İpək Özkardeşkaya ABŞ-ın cəhdləri ilə İsveçrədəki bank məxfiliyinin az qala tamamilə ortadan qalxmasının ölkədəki maliyyə quruluşlarına mənfi təsir etdiyini vurğulayıb: "250 illik “Wegelin” (İsveçrə bankı) yox oldu. Cenevrə böyük əvəz ödədi və hələ də ödəyir.
“Daimler” avtomobil şirkəti 1200-dən çox işçini ixtisar edir
Almaniyanın "Daimler" avtomobil konserni isə 1250 nəfər əməkdaşını ixtisar edir. “Twcnews.com” saytı xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatında yerləşən yük avtomobili istehsalı ilə məşğul olan iki zavodun əməkdaşları zavodda istehsal olunan yük avtomobillərinə tələbatın kəskin azalması səbəbindən ixtisar olunacaq.
Şirkətin proqnozlarına görə, cari ildə yük avtomobillərinin istehsalı 10-20 faiz azalacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info