“Ermənistanın ayrı-ayrı regionları ancaq yaşlı əhalinin yaşadığı ərazilərə çevrilib”
Tarix: 17.02.2016 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


“Ermənistanda daimi şəkildə yaşayan əhalinin sayı 1979-cu ildən bəri ilk dəfə 3 milyondan aşağı düşüb”

“Joxovurd” nəşri yazır ki, Ermənistan hakimiyyətinin fəaliyyətinin ən yaxşı şəkildə əks olunduğu sahələrdən biri də əhalinin sayı ilə bağlı göstəricilərdir. Nəşr yazır ki, cari ilin yanvar ayının 1-nə olan göstəricilərə əsasən, Ermənistanda daimi şəkildə yaşayan əhalinin sayı ilk dəfə olaraq 3 milyondan aşağı düşüb.
Qeyd edilir ki, bu, 1979-cu ildən bəri ilk rəsmi azalma faktıdır: “Ən qorxulu fakt ondan ibarətdir ki, Ermənistanın ayrı-ayrı regionları ancaq yaşlı əhalinin yaşadığı ərazilərə çevrilib. Tavuş əyalətində əhalinin təbii artımı cəm 5 faiz təşkil edib. Bu o deməkdir ki, 125 min nəfərin yaşadığı əyalətdə yeni doğulanların sayı ölənlərdən cəmi 5 nəfər çox olub. Tavuşda əhalinin təbii artımının statistikası göstərir ki, hər il əhalinin təbii artımı sürətlə azalır. Deməli, son illərdə olan azalmaya əsasən 5 nəfərlik artımı proqnozlaşdırmaq mümkün idi. Əhali artımının sıfır nöqtəsinə yaxın olduğu yerlərin sırasında Süniki, Lorini, Vayoçdzoru da qeyd etmək olar. Bu faktlar Ermənistan dövlət başçısının onların hakimiyyəti illərində müsbət nəticələrin əldə edilməsi ilə bağlı dediklərinin hamısının nağıl olduğunu göstərir. Faktiki olaraq Ermənistanda əhali artımı yoxdur”. Əhali artımının sıfır həddində olması ölkədə yaranan çətin iqtisadi şərtlərlə sıx bağlıdır. “Tert.am” yazır ki, Ermənistanda şirkətlərin işçiləri kütləvi şəkildə ixtisar etməsi prosesi davam edir: “Statistika göstərir ki, iri şirkətlər son aylarda müntəzəm olaraq hər ay 1000 nəfəri işdən çıxarırlar. Ölkədə ağır iqtisadi vəziyyət yarandığından iri şirkətlər çıxış yolu kimi işçiləri ixtisar edirlər. Hələlik ötən ilin son rübünün rəsmi nəticələri elan edilməyib. Amma Maliyyə Nazirliyinin monitorinq qrupunun araşdırması göstərir ki, 520 müəssisədə 3 min 600 nəfər işçi ixtisar edilib”.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info