İran Rusiyadan 8 milyard dollarlıq silah alır
Tarix: 17.02.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Tehran Rusiyadan müasir “Su-30” qırıcı təyyarələri almaqda israrlıdır

İran hakimiyyəti Rusiyadan 8 milyard dollar məbləğində silah alınması üçün Moskva ilə danışıqlara başlamağa hazırlaşır. “RT” saytının verdiyi məlumata görə, İranın müdafiə naziri Hüseyn Dehqaninin Moskvaya planlaşdırılan iki günlük səfəri zamanı danışıqların əsas mövzularından biri Rusiyadan 8 milyard dollar dəyərində silah alınması ilə bağlı olacaq.
“Kommersant” nəşrinin yaydığı xəbərə görə, İranın hərbi nazirinin Rusiyanın vəzifəli şəxsləri ilə - müdafiə naziri Sergey Şoyqu, baş nazir Dmitriy Medvedev və prezident Vladimir Putinlə görüşləri də gözlənilir. Rəsmi məlumatlara görə, bu danışıqlarda əsas məsələ İranın rus silah sistemlərinin alınması ilə bağlı müzakirələr olacaq. İran Rusiyanın “Su-30CM” qırıcı, «Yak-130” döyüş təlim təyyarələrinə, “Mi-8” və “Mi-17” vertolyotlarına, "Bastion" raket komplekslərinə və eyni zamanda, yerüstü və sualtı gəmilərlə yanaşı, bir sıra digər hərbi texnikasına da maraq göstərir. Xatırladaq ki, bir müddət bundan əvvəl “Pravda.ru” saytı Yaponiya hökumətinin İrana qarşı tətbiq edilmiş qadağaların aradan götürülməsi barədə məlumat yaymışdı. Bu ilin yanvarında bu ölkənin xarici işlər naziri Fumio Kisida da bu məsələ ilə bağlı rəsmi bəyanatla da çıxış etmişdi. Yaponiya hökuməti İranla əməkdaşlıq edəcək yerli şirkətlərə dəstək olacağı barədə də məlumat yaymışdı. Qeyd etmək yerinə düşər ki, Yaponiya dövləti İranın neft sənayesinə maraq göstərməklə yanaşı, İran bazarlarına Yaponiya istehsalı olan avtomobillərini ixrac etməkdə maraqlıdır. Yaponiya hökumətindən bir müddət əvvəl NATO, ABŞ və Avropa Birliyi də İrana qarşı tətbiq edilmiş qadağaları aradan götürüb. İran Silahlı Qüvvələrinin yeni “Su-30” qırıcı təyyarələri ilə təchiz edilməsi, bu ölkənin Hərbi Hava Qüvvələri potensialının gücləndirilməsinə hesablanıb. “Tht National Interest” nəşrinin son açıqlamasına görə, İran Rusiyanın ən optimal qırıcı təyyarələrindən olan “Su-30CM” almaqda israrlıdır. Bunu İranın müdafiə naziri Hüseyn Dehqaninin son açıqlamaları da təsdiq edir: “İranın hərbi qüvvələrinin belə təyyarələrə ehtiyacı var. Biz Rusiya ilə danışıqlarda xeyli irəliləyişlərə nail olmuşuq və belə güman edirəm ki, qarşıdakı səfərlərin birində müqavilənin imzalanacağına nail olacağıq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info