Avropada mühacirləri damğalayırlar
Tarix: 17.02.2016 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Hazırda Avropada iqtisadi böhranla yanaşı, “mühacir böhranı” da yaşanmaqdadır. Qitə dövlətləri bu vəziyyətdən xilas olmağın yolunu hələ də tapa bilmirlər.
Belə vəziyyətdə hətta qeyri-insani yollara əl atılması təklifini edənlər də olur. Məsələn, Avropada “mühacirləri dənizə tökək” deyən miqrasiya naziri də var, daha da irəliyə gedərək “lazım olsa vuraq” deyən partiya lideri də... Hətta “mühacirlərə yemək verməyin” əmrini verən qubernatora da rast gəlinir. Belçika polisi isə küçədə gəzən mühacirlərin əllərini nömrələrlə damğalamağa başlayıb. Türkiyənin “Hurriyet” qəzeti yazır ki, bu addım böyük narazılıq yaradıb. Belçika İşçi Partiyası (PVDA) pozulmayan mürəkkəblə mühacirləri rəqəmlərlə işarələmənin insan haqlarına zidd olduğunu bəyan edib: “Sərhəd Tanımayan Dostluq təşkilatının nümayəndələri ilə mühacirlərin olduğu Zeebrugge şəhərinə getdik. Orada gördüklərimizdən çox təəccübləndik. Heyvanlara edilən rəftar miqrantlara edilir və pozulmayan mürəkkəb ilə işarələnirlər". Belçika polisi administrativ səbəblərdən mühacirlərin əllərini işarələdiklərini açıqlayıb. Polis rəsmisi Philippe Tankrey deyib ki, ölkəyə gələn 10 mühacirdən 9-nun ya pasportu yoxdur, ya da dil bilmir: “Ona görə də biz də müvəqqəti belə bir yola əl atdıq”. Bütün bunlar göstərir Avropa miqrant siyasətini insan haqlarına uyğun şəkildə həll edə bilmir. Macarıstanın baş naziri Viktor Orban Belçikanın miqrant probleminin həlli ilə bağlı siyasətinin iflasa uğradığını deyib. O, 2016-cı ildə Macarıstana gələcək qaçqınların sayının artacağını və buna görə təhlükəsizlik tədbirlərini gücləndirdiklərini deyib: “Bu məqsədlə sərhəddə yeni məftil hörgünün çəkilməsi ilə bağlı əmr vermişəm”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info