Yeni doğulmuş uşaqlara görə müavinət artırıla bilər
Tarix: 22.02.2013 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Hadı Rəcəbli: “Müavinət verilərkən ailənin sosial durumu nəzərə alınmamalıdır”

Azərbaycanda dünyaya uşaq gətirən valideynlərə sosial durumundan asılı olamayaraq birdəfəlik müavinətin həcmi artırıla bilər. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. O, bu barədə belə qeyd edib: “Azərbaycanda əhalinin təbii artımı üzrə həvəsləndirmə sisteminin olmamasına baxmayaraq, biz dünyaya uşaq gətirən ailələrə verilən birdəfəlik sosial müavinətin artırılmasını istəyirik". O qeyd edib ki, müavinət verilərkən ailənin sosial durumu nəzərə alınmamalıdır: "Əks halda yenə məsələnin həlli məmurun üzərində qalacaq, hansı ailənin kasıb, hansı ailənin varlı olmasını məhz onlar müəyyənləşdirəcək Bu səbəbdən müavinət alanları ayırmaq olmaz".
Hadı Rəcəbli onu da bildirib ki, Azərbaycanda bu gün çoxuşaqlılığın həvəsləndirilməsi məqsədi qoyulmayıb: “Azərbaycanda bu gün çoxuşaqlılığın həddi artıb. Əvvəl 4 uşaq çoxuşaqlı hesab olunurdusa, artıq 5 uşaqlılar bu kateqoriyaya aiddir. Azərbaycanda çoxuşaqlılığı həvəsləndirmə tendensiyası yoxdur". Rəcəbli qeyd edib ki, Azərbaycanda təbii artım təxminən bir rayonun əhalisi boyda - 125 min nəfərdir: “Lakin bütün hallarda dünyaya uşaq gətirən şəxs dövlətdən hədiyyə almalıdır. ABŞ-da, Rusiyada analıq kapitalı var - qadın hamilə olanda ona pul verirlər". Qeyd edək ki, Azərbaycanda uşağın anadan olmasına görə birdəfəlik müavinət 82,50 manat məbləğində müəyyən olunub. Bu müavinət də işəgötürən tərəfindən sənədlər qeydiyyatda olduğu Dövlət Sosial Müdafiə Fondunun orqanına təqdim edildikdən sonra verilir. İşləyən valideynə müavinət onun iş yeri üzrə uçotda olduğu DSMF orqanı tərəfindən, əgər hər hansı bir səbəbdən uşağın valideynləri işləmirlərsə, müavinət yaşayış yeri üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzi vasitəsilə ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.

Gündəlik xidmətə
ehtiyacı olan veteranlara ayda əlavə pul veriləcək


Milli Məclisin Sosial siyasət komitəsinin sədri onu da bildirib ki, gündəlik xidmətə ehtiyacı olan veteranlara əlavə aylıq vəsait ayrılacaq. O bildirib ki, bununla bağlı “Veteranlar haqqında” qanuna, “Sosial xidmət haqqında” qanuna əsasən dəyişikliklər ediləcək. Komitə sədrinin sözlərinə görə, bu məsələ qeyd olunan veteranlara sosial xidməti dövlət tərəfindən təmin olunması məqsədi ilə baş tutur: “Bu gün büdcəmiz imkan verir ki, xüsusi xidmətçilər tutulsun ki, qeyd olunan veteranlar yaşayan evlərdə onlara xidmət göstərsinlər. Burada xüsusi qeyd var ki, dəyişiklik özünü idarə edə bilməyən və sosial xidmətə ehtiyacı olan veteranlara aiddir. Bu da əsasən yaşlı müharibə veteranlarında müşahidə olunur”. H.Rəcəbli bildirib ki, ümumilikdə bu cür sosial müavinətlərin ayrılması “Sosial xidmət haqqında” qanunda nəzərdə tutulur, lakin qeyd olunan dəyişikliklərlə bunu qeyd olunan veteran kateqoriyasına şamil etmək mümkün olacaq. H.Rəcəblinin sözlərinə görə, həmin veteranlara maddi vəsait ayrılacaq ki, onlara sosial xidmətlərin göstərilməsi mümkün olsun. Vəsaitin miqdarı müzakirələr zamanı bilinəcək. O da qeyd edilib ki, bu cür sosial xidmətlərdə QHT-lər də yaxından iştirak edəcək.

İLKIN




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info