“Hər kəs həyatında müsbət dəyişikliklər etməyə qadirdir”
Tarix: 17.02.2016 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


“Müasir Azərbaycan Qadını” layihəsinin ikinci görüşü təşkil olunub. Tədbir layihə iştirakçılarının böyük marağına səbəb olub.
“Loqos”un rəhbəri Təranə Məmmədovanın ideya müəllifliyi ilə həyata keçirilən “Müasir Azərbaycan Qadını” layihəsinin ikinci görüşü layihə iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. 60-a yaxın qadının qatıldığı tədbiri giriş sözü ilə açan Təranə Məmmədova hər kəsi salamlayaraq “Loqos”un layihələrində fəallıq göstərdiklərinə görə iştirakçılara təşəkkürünü bildirib.
Mərkəzin gənc psixoloqu Fidan Azərqızı qadın, qadının özgüvəni, özgüvəninə maneə olan səbəblər, qadınların  geyim üslublarının, sevdiyi rənglərin, aksesuarlarının nələri ifadə etməsi ilə bağlı önəmli məlumatları çatdırıb və iştirakçıların sorğularını cavablandırıb.
Azərbaycanının tanınmış modelyeri, fəlsəfə doktoru Fəxriyyə Xələfova dəb dünyası, onun insanın həyatında rolu, əhəmiyyəti barədə layihə iştirakçılarını məlumatlandırıb. “Hər kəs həyatında müsbət dəyişikliklər etməyə qadirdir”-deyən modelyer təbəssümün insan həyatında vacib faktor olduğunu vurğulayıb. Fəxriyyə Xələfova deyib ki, təbəssüm qadının ən gözəl aksessuarıdır: “Çantanız bir marka, ayaqqabınız başqa marka və s. ola bilər. Əgər üzünüzdə təbəssüm yoxdursa, hər şey bəsit görünəcək”.
Görüşün sonunda modelyer fərqli yaş qruplarında olan xanımların bütün sorğularına həvəslə  cavab verib və şəkil çəkdirmək istəyən hər kəsə zaman ayırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info