“Peykimiz MDB, Asiya, Yaxın Şərq, Afrika regionlarına yönəldiləcək”
Tarix: 22.02.2013 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Bakıda IBM şirkətinin Rusiya və MDB üzrə nümayəndəliyinin təşkilatçılığı ilə “İnkişafın və islahatın müasir perspektivləri: İnnovasiyalar. Təcrübə. Ağıllı həllər” adlı beynəlxalq forum keçirilib.Tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkənin İKT sektorunun dinamik inkişafından və hazırda bu sahədə icra olunan layihələrdən söz açıb. O qeyd edib ki, hazırda əsas məqsəd sektorun inkişafının digər sahələrdə də əks olunmasıdır: “Biz yeni texnologiyaların tətbiqindən geniş istifadə edirik. Buna fevralın əvvəlində orbitə buraxılmış peyki misal olaraq gətirmək olar. Bu peyk MDB, Asiya, Yaxın Şərq, Afrika regionlarına yönəldiləcək”.
E.Vəlizadə həmçinin bildirib ki, Azərbaycan bir sıra beynəlxalq İKT şirkətləri ilə əməkdaşlıq edir və həmin şirkətlər ölkənin İKT sektorunun inkişafına öz töhfəsini verir: “Ümid edirəm ki, IBM də Azərbaycanda bu sahənin inkişafına öz töhfəsini verəcək. Belə ki, bu şirkətin təklif etdiyi məhsul və həllərə bütün dünyada tələbat var”.
Tədbirdə çıxış edən IBM şirkətinin satış üzrə rəhbəri Sergey Tabulin şirkətin fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, 2012-ci ildə şirkətin gəlirləri 104,5 mlrd. ABŞ dolları, mənfəəti 16,6 mlrd. dollar, “BRİK” (Braziliya, Rusiya, Hindistan və Çin) ölkələrində gəlirlərin artımı 30% təşkil edib. S.Tabulin IBM-nin gələcək planlarından söz açaraq qeyd edib ki, 2015-ci ildə şirkətin inkişaf edən ölkələrdə biznesinin inkişaf payının 30%-ə çatacağı gözlənilir və bu ölkələr sırasına Azərbaycan da daxildir.
Forumda həmçinin bildirilib ki, bu gün informasiya dünyada bütün məsələləri həll edir və biznesi uğurlu inkişaf etdirmək, bazarın tələblərinə daha operativ reaksiya vermək və rəqibləri qabaqlamaq üçün şirkətlərə daha dəqiq təhlil və məlumatları daha effektiv istifadə etmək üçün innovasiya alətləri lazımdır. IBM şirkəti İT sahəsində innovasiyaları hazırlayan dünyanın aparıcı şirkətlərindən biridir. Şirkət İT-servislərin optimallaşdırılması, bu sistemin effektivliyini artırmaq və xərclərin azaldılması üçün etibarlı həllər təklif edir. O da qeyd edilib ki, müxtəlif texnoloji innovasiyalar bu forumda təqdim olunur və bu məhsullar ətrafında geniş müzakirələr aparılır.
RASIM




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Azeri Light”ın bir barreli 80,66 dollara satılır
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info