Bu ilin dövlət büdcəsinin 42 faizini bir nazirlik təmin edəcək
Tarix: 17.02.2016 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 7 mlrd. 10 mln. manatı və ya 41,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşəcək. Bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində öz əksini tapıb.
Bu, təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan 408 mln. manat və ya 6,2% çox, 2015-ci ilin operativ icra göstəricisi ilə müqayisədə isə 108,3 mln. manat və ya 1,5% azdır. Proqnozlaşdırılan daxilolmaların 23%-i və ya 1610 mln. manatı neft sektorunun, 77%-i və ya 5400 mln. manatı qeyri-neft sektorunun payına düşür. Proqnozlaşdırılan əlavə vergi daxilolmaları bütövlükdə qeyri-neft sektorunun payına düşür.
Qeyd edək ki, vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan daxilolmalar 2016-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 588 mln. manat və ya 12,2%, 2015-ci ilin operativ icra göstəricisi ilə müqayisədə 370,7 mln. manat və ya 7,4% çoxdur. Qeyri-neft sektorundan vergi daxilolmalarının məbləğinin artmasına səbəblərdən biri manatın yeni məzənnəsinin təsirinin nəzərə alınması olub.
Xatırladaq ki, 2016-cı ilin təsdiqlənmiş dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 6,602 mlrd. manat proqnozlaşdırılmışdı.
Onu da qeyd edək ki, maliyyə naziri Samir Şərifov bu ilin yanvarın 28-də bildirib ki, 2016-cı ilin yenilənmiş dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan təxminən 200 mln. manat az olacaq.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info