“Azərbaycanın çox güclü gimnastları var”
Tarix: 17.02.2016 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


“Azərbaycanın digər idmançılara ciddi rəqib ola biləcək çox güclü gimnastları var”.
Bu sözləri idman gimnastikası üzrə üçqat dünya çempionu Yaponiya gimnastı Kenzo Şirai deyib. Kenzo Şirai Bakıda keçiriləcək Dünya Kuboku yarışlarında uğurla çıxış etmək niyyətindədir. Bildirib ki, bu il Olimpiya ili olduğundan, məqsədim bütün turnirlərdə müvəffəqiyyətlə iştirak etməkdir: “Qarşıdan gələn kubok yarışında da qızıl medal qazanmağa çalışacağam. Yarışda əsas rəqiblərim Yaponiya yığmasından olan komanda yoldaşlarımdır. Lakin Azərbaycanın da çox yaxşı gimnastları var. Oleq Stepko çox güclü gimnastdır, onun potensialı hələ Londonda keçirilmiş Olimpiya Oyunlarından bəllidir. Hesab edirəm ki, həmçinin o, da yarışlardakı əsas rəqiblərdən biridir. Yaponiya komandası Dünya Kubokunda birinci yeri qazanmaq məqsədini qarşısına qoyub. Eyni zamanda, hansı yeri tutmağımızdan asılı olmayaraq, bizim üçün əsası odur ki, yarışlarda layiqli çıxış edək və nəyə qadir olduğumuzu göstərək”. İdman gimnastikası üzrə Dünya Kuboku yarışları fevralın 19-21-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarışda 19 ölkəni təmsil edən 44 kişi və 22 qadın gimnast ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaq. Turnirdə favoritlər arasında Dünya Çempionatının paralel qollar üzərində yarışlarında bürünc medalçısı, “Bakı-2015” ilk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan atleti Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Azərbaycanı yarışlarda zərif cinsin nümayəndələrindən Kristina Pravdina, həmçinin Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova təmsil edəcək.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info