Naxçıvanda ümumi daxili məhsulda özəl bölmənin payı 87 faizə çatıb
Tarix: 17.02.2016 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Yeni istehsal və emal sahələrinin sayının artması nəticəsində muxtar respublikada 361 növdə məhsul istehsal olunur. Əhalinin 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir.
Bu faktlar Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Tələbatın ödənilməsi və yerli istehsalçıların mənafeyinin qorunması” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək bildirib ki, bu gün ölkəmizdə, eləcə də muxtar respublikada yaradılmış ictimai-siyasi sabitlik iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsinə hərtərəfli şərait yaradıb. Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi hesabına ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 87 faiz olub. Ötən dövrdə qəbul olunmuş dövlət proqramlarının icrası sahibkarlığın inkişafına öz töhfəsini verib. Belə ki, sahibkarlar tərəfindən yeni istehsal sahələri, iş yerləri yaradılıb, məşğulluq təmin olunub.
Qeyd olunub ki, cari ilin əvvəlindən ölkəmizdə, eləcə də muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Dövlətimiz tərəfindən sahibkarlara hərtərəfli dəstək göstərilir, onların fəaliyyətini stimullaşdırmaq məqsədilə müxtəlif tədbirlər görülür. Eyni zamanda, istehlakçıların hüquqlarının qorunması da diqqət mərkəzində saxlanılır. Burada əsas məqsəd daxili bazarın qorunması, ixracyönümlü məhsulların istehsalını stimullaşdırmaq, idxaldan asılılığı minimuma endirməkdir. Çünki yerli istehsalın inkişafı daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın aradan qaldırılmasında mühüm rol oynayır.
Vurğulanıb ki, indiyədək muxtar respublikada yerli xammala əsaslanan bir çox istehsal müəssisələri yaradılaraq fəaliyyətə başlayıb. Əhalinin tələbatının dolğun şəkildə ödənilməsinə imkan verən istehsal müəssisələrinin yaradılması bundan sonra da davam etdiriləcək.
Sonra sahibkarlarla müzakirələr aparılıb.AZƏRTAC

Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info