Zaqatalada sənaye məhəlləsi yaradılacaq
Tarix: 17.02.2016 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, eləcə də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunları ilə əlaqədar keçirilən konfransda ölkədə sahibkarlığın inkişaf etdirilməsi, regionlarda sənaye məhəllələrinin və aqroparkların yaradılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi, aqrar sahənin və turizmin inkişafı ilə bağlı yerli icra strukturlarının rəhbərləri qarşısında ciddi vəzifələr qoyub.
Bu tapşırıqların icrasını təmin etmək məqsədi ilə Zaqatala rayonunda da məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Aşağı Tala kəndində sənaye məhəlləsi - “Şimal-Qərb” brendi ilə fəaliyyət göstərəcək sosial ticarət mərkəzi tikiləcək. Zaqatala Rayon İcra Hakimiyyətindən bildiriblər ki, hazırda icra hakimiyyəti və “RR” şirkətlər qrupu tərəfindən Aşağı Tala kəndinin ərazisində sənaye məhəlləsinin yaradılması istiqamətində iş aparılır. “Şimal-Qərb” brendi ilə fəaliyyət göstərəcək sosial ticarət mərkəzinin – sənaye məhəlləsinin tikintisi üçün torpaq sahəsinin ayrılması və layihələndirmə işlərinə başlanılıb.
Yeni sənaye məhəlləsi Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi magistral avtomobil yolunun kənarında yaradılacaq. Layihəyə əsasən, burada regional ticarət mərkəzinin, kənd təsərrüfatı bazarının, çörək zavodu, dəyirman, tikiş fabriki və mebel salonunun, quru meyvələrin istehsalı və qablaşdırılması obyektlərinin, ət məhsulları zavodunun, mövsümi məhsulların saxlanması üçün anbar və soyuducu kameraların, beton məmulatları zavodunun, tikinti materiallarının regional satış bazasının, həmçinin çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur. Mərkəzdə avtomobil bazarı, TIR parkı və yanacaqdoldurma məntəqəsi də fəaliyyət göstərəcək. Sənaye məhəlləsinin yaradılması rayon əhalisinin məşğulluğunun təmin edilməsinə mühüm töhfə olacaq. Bu obyektlərdə, ümumilikdə, 600-700 yeni iş yerinin açılması nəzərdə tutulur.

Rayon iqtisadiyyatına xarici sərmayələr cəlb edilir

Rayon iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi istiqamətində də əməli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Ukraynalı iş adamı, “İrriqator” şirkətinin rəhbərinin Zaqatalada müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı müraciətini nəzərə alaraq, Mosul bələdiyyəsinin ərazisində 45 hektar torpaq sahəsi ayrılıb. Yaxın vaxtlarda şirkət tərəfindən həmin ərazidə kənd təsərrüfatı məhsullarının becərilməsinə başlanılacaq.

Tütün əkini sahələri iki dəfə artırılacaq, yeni fındıq bağları salınacaq

Zaqatala rayonunun iqtisadiyyatında kənd təsərrüfatı aparıcı yer tutur. Bu il rayonda kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün, fındıqçılığın inkişaf etdirilməsi üçün bir sıra tədbirlər görüləcək. Tütün əkini sahələrinin iki dəfə artırılaraq 800 hektara çatdırılması planlaşdırılır. Bu, həm də xeyli sayda yeni iş yerinin yaradılması deməkdir.

Rayonda kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır. Belə ki, rayonda sənaye sahəsi üzrə ümumi məhsul buraxılışının 80 faizini, yəni 43 milyon manatını fındıq ləpəsi və ondan istehsal edilən məhsulların satışından əldə olunan gəlirlər təşkil edir. Xarici bazarlarda fındığa tələbatı nəzərə alaraq, bu sahənin daha da inkişaf etdirilməsi, yeni bağların salınması istiqamətində iş aparılır.

Rayonda turizmin inkişafı ilə bağlı xüsusi proqram hazırlanıb

Geniş turizm potensialı olan Zaqatala rayonunda bu sahənin inkişafı ilə bağlı da müəyyən layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Dünya Bankının Regional İnkişaf Proqramı layihəsi çərçivəsində rayonda turizmin inkişafı ilə bağlı xüsusi proqram hazırlanıb və Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub. Bundan əlavə, Zaqatalada dünyada nadir turizm növlərindən olan dağ gölləri turizminin yaradılması üçün də layihə hazırlanıb, “Xalaxı göl” turu təşkil edilib.
Kənd əhalisi arasında “yaşıl turizm” layihəsi üzrə də geniş maarifləndirmə işləri aparılır. Car, Mazıx, Meşleş, Yuxarı Çardaxlar kəndlərində turizmin bu növünün inkişafı üçün yaxşı potensial mövcuddur.AZƏRTAC


Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info