AZAL və “airBaltic” Bakı-Riqa-Bakı marşrutu üzrə birgə reyslər yerinə yetirəcək
Tarix: 17.02.2016 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


“Azərbaycan Hava Yolları” QSC (AZAL) və Latviyanın “airBaltic” aviaşirkəti 2016-cı il mayın 29-dan etibarən Bakı-Riqa-Bakı marşrutu üzrə birgə reyslər yerinə yetirməyə başlayacaq.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, birgə istismar haqqında razılaşmaya (code-share agreement) əsasən, “airBaltic” aviaşirkətinin bu hava xətti üzrə reysləri hər iki aviaşirkətin kodları altında yerinə yetiriləcək.
Riqa-Bakı marşrutu üzrə birbaşa uçuşlar hər həftənin çərşənbə və bazar günləri baş tutacaq. Bakıdan Riqa istiqamətində uçuşlar isə bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.
Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuş - Bakı vaxtı ilə səhər saat 07:05–də, Riqa Beynəlxalq Aeroportuna enmə - yerli vaxtla saat 09:15-də, Riqadan uçuş - yerli vaxtla saat 23:55-də, Heydər Əliyev Beynəlxalq Aeroportuna enmə - Bakı vaxtı ilə saat 05:50-də baş verəcək.
Bakı-Riqa-Bakı marşrutu üzrə aviabiletin qiyməti 314 avrodan başlayır.
Riqaya reyslər biznes və ekonom salonlu, komfortlu “Boeing-737” laynerləri ilə həyata keçiriləcək.
Biletləri AZAL-ın və “airBaltic” aviaşirkətinin kassalarında əldə etmək və www.azal.az və www.airbaltic.com saytlarında bronlaşdırmaq mümkündür.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün (+994 12) 598-88-80; *8880 telefon nömrələri ilə əlaqə saxlamaq mümkündür.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info