“Ermənistan cəngəllikdir və diaspor erməniləri bu cəngəlliyin girovuna çevrilib”
Tarix: 18.02.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Avstriyada yaşayan erməni: “Həmkarlarıma Ermənistanda bizneslə məşğul olmağı məsləhət görmürəm”

Bir müddət əvvəl erməni əsilli fransız iş adamı Valeri-Aşxen Qorçunyan Ermənistandakı sosial həyat və bizneslə bağlı fikirlərini bildirmişdi. O, Ermənistanda iş qurmağın mümkünsüzlüyü, dövlət rəhbərliyinin diaspor təşkilatlarına hörmətsizliyi və ölkədəki səlahiyyət sahiblərinin hər vəchlə iş adamlarından rüşvət aldıqları barədə açıqlamalar vermişdi.
“Birinci informasiya” saytına danışan Raffi Taşçyan da iş adamıdır. O, Ermənistana 2010-cu ildə Suriyadan gələrək bu ölkədə xam materiallar idxal edən “Rama Yunayted” şirkətini qurub. Taşçyan şirkət rəhbəri olmaqla yanaşı, Ermənistana gələn suriyalı qaçqınların da işlə təmin olunmasına yardım göstərib. Lakin Ermənistanda uğursuzluqla qarşılanan iş adamı tez bir zamanda müflis olub. Suriyalı iş adamının ailəsinə məxsus “Rama Yunayted” şirkəti, idxalla yanaşı, çap materiallarının topdansatışı ilə də məşğul olub. Taşçyanın sözlərinə görə, onun Misir, BƏƏ, Türkiyə və Suriyada da tərəfdaşları mövcuddur. Artıq Ermənistanı tərk edən iş adamı hazırda Avstriyada yaşayır. Ermənistanı tərk etməsinin səbəbini isə belə əsaslandırıb: “Mən Ermənistanda bir qrupla işləyib, onları malla təchiz edirdim. Lakin onlar həmişə, bir bəhanə tapıb ödəniş etməkdən imtina edirdilər. Mən Çarbaxda yerləşən zavodu malla təchiz edirdim və sonra məlum oldu ki, ödənişdən imtina edən zavod qubernatora məxsusdur. Arqavanda yerləşən bir şirkətlə işləyərkən də həmin halla üzləşdim. Burada da məlum oldu ki, şirkət rəhbərinin kürəkəni ölkənin Təhlükəsizlik Nazirliyində işləyir. Onlar ödəniş etməmək, qiymətləri aşağı salmaq üçün müxtəlif səbəblər gətirirdilər”. Taşçyana görə, bu, biznes deyil, sadəcə olaraq, bir cəngəllikdir və diaspor erməniləri də bu cəngəlliyin girovlarıdır: “Mən 17 il Suriyada bizneslə məşğul olmuşam. Suriyadan Avropa və ərəb dünyasına ixrac etdiyim mallar ildə mənə 1 milyon dollardan artıq gəlir gətirirdi. Həmkarlarıma Ermənistanda bizneslə məşğul olmamağı məsləhət görürəm”. Suriyalı erməniyə görə, biznesin beynəlxalq qaydaları Ermənistanda işləmir. O bunu Ermənistanda işlədiyi ikiillik təcrübəsinə əsasən deyib: “Burada biznesi, sadəcə olaraq, “bazar işi” kimi başa düşürlər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info