“Azərbaycan xarici investorların cəlbi üçün yeni yollar axtarır“
Tarix: 18.02.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


“Azərbaycan neftin hazırkı aşağı qiyməti şəraitində gəlirlərini artırmaq və xarici investorların cəlbi üçün yeni yollar axtarır”.
Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib. S. Babayev bildirib ki, neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatının şaxələndirilməsinin sürətləndirilməsi və qeyri-neft sektoruna xarici sərmayələrin cəlbi üçün yaxşı imkanlar yaradır: "Neftin aşağı qiyməti Azərbaycanın gəlirlərinə təsir edib. Biz bunu digər sektorlara sərmayələrin cəlb olunması üçün yaxşı imkan kimi görürük. 2016-cı ildə ölkənin qeyri-neft sektorunun diversifikasiyası bizim ilk və əsas məqsədlərimizdəndir. Bu sahədə müəyyən nailiyyətlərimiz var. Hazırda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 71%-ə yüksəlib". Nazir müavini qeyd edib ki, rəsmi Bakının Böyük İpək Yolu layihəsində iştirakı investorlar üçün böyük potensial vəd edir: "Layihə çərçivəsində yeni dəmir yolu xətləri vasitəsilə malların Çindən Azərbaycana, eləcə də əks istiqamətdə çatdırılması daha da asanlaşacaq. Bu isə Azərbaycanda kənd təsərrüfatı, qida sənayesi, maşınqayırma və turizm sahəsinin inkişafına böyük imkanlar yaradacaq".




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info