Avropa İttifaqının miqrant problemi ilə bağlı vahid yanaşması olmalıdır
Tarix: 18.02.2016 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç Avropanı bürüyən miqrant böhranı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, miqrant probleminə münasibətdə Avropa İttifaqının vahid yanaşma nümayiş etdirməsi hazırda çox vacibdir.

Baş nazirin müavini deyib: “İndiyə kimi Serbiya bu məsələyə ədalətli və konstruktiv münasibət bildirib. Təkcə ötən il ölkəmizin ərazisindən 600 min miqrant keçib. Bu rəqəm onu deməyə əsas verir ki, Aİ problemə vahid yanaşmayacağı, müxtəlif ölkələr təkbaşına qərarlar alacağı təqdirdə biz mürəkkəb bir vəziyyətlə qarşılaşacağıq. Avstriyanın xarici işlər naziri Sebastian Kurts bəyan edib ki, ölkəsi miqrantların sayında məhdudiyyətlər tətbiq etməyə hazırlaşır və növbəti addımlar “Balkan marşrutu” üzrə yerləşən ölkələrin verəcəkləri qərarlara əsasən müəyyənləşdiriləcək. Əlbəttə, Avstriya sərhədləri bağlayacağı təqdirdə Sloveniya və Xorvatiyanın da oxşar addımlar atacağı gözləniləndir. Belə olan halda, Serbiya da sərhədləri bağlamaq məcburiyyətində qala bilər. Bizim bu qədər miqrantı Serbiyada daimi saxlamaq imkanımız yoxdur. Bütün bu anlaşılmazlıqların qarşısını almaq, gələcəkdə Aİ və Balkan ölkələri üçün əlavə problemlərin yaranmasını əngəlləmək baxımından təcili və vahid qərarlar alınmalıdır. Serbiya humanist davranmağa və miqrant məsələsində digər ölkələrə nümunə olmağa davam edəcək”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info