Biləsuvar sakinləri profilaktik tibbi müayinədən keçiriləcək
Tarix: 18.02.2016 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırığına uyğun olaraq, respublikanın digər bölgələrində olduğu kimi, Biləsuvarın səhiyyə ocaqlarında da əhalinin tibbi müayinəsinə başlanılıb. Biləsuvarda əhalinin tibbi müayinəsinin mütəşəkkil keçməsi üçün bütün zəruri tədbirlər görülüb.
Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya, laboratoriya və digər şöbələrində sakinlərin kompleks müayinəsi aparılır. Əhalinin aksiyaya fəal cəlb olunması üçün kənd və qəsəbələrdə maarifləndirmə işləri aparılır. Aksiya əhali tərəfindən razılıqla qarşılanır. Rayon mərkəzi xəstəxanasının baş həkimi Şamil Cəfərov deyib: “Rayonda humanitar aksiya çərçivəsində 2 xəstəxana, 20 həkim və feldşer məntəqəsi tam hazır vəziyyətə gətirilib. 52 həkim və 50 orta tibb personalından ibarət 2 daimi, 1 səyyar həkim komissiyası yaradılıb. Biləsuvar şəhəri də daxil olmaqla, 26 yaşayış məntəqəsindən 90 mindən çox yerli sakinin profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub”. İndiyədək 800-dən çox rayon sakini tibbi müayinədən keçirilib. Müayinə zamanı xəstəlik aşkar olunan 3 vətəndaş ambulator, 1 nəfər stasionar müalicəyə cəlb olunub. İki nəfər isə ixtisaslaşdırılmış səhiyyə müəssisələrində müayinə olunmaq üçün Bakı şəhərinə göndərilib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info