ƏMDK-də yaradılmış Apelyasiya Şurasının ilk iclası keçirilib
Tarix: 18.02.2016 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsində yaradılmış Apellyasiya Şurasının bu gün ilk iclası keçirilib. İclasda Şuranın cari fəaliyyətinin təşkili, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən daxil olan şikayətlərə baxılması qaydaları, araşdırma üsulları və forması, qərarların qəbulu və onların icrası, şikayətlərin təhlili və qeydiyyatı, qanunla açıqlanması qadağan edilən məlumatların qorunması və digər məsələlər müzakirə edilib. Apellyasiya Şurasının sədri Şuranın səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlarını verib. Şuraya daxil olan şikayətlər üzrə araşdırma işinin ən qısa zamanda aparılması və müraciətlərin operativ cavablandırılması tapşırılıb.
Xatırladaq ki, bir müddət öncə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb. Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov Şuranın sədri və 6 nəfərdən ibarət üzvləri təyin edilib. Eyni zamanda, Apellyasiya Şurasının 5 nəfərdən ibarət olan Katibliyi də yaradılıb.
Qeyd edək ki, Apellyasiya Şurasının məqsədi müvafiq fərmana uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması və bu sahədə şəffaflıq, operativlik və obyektivliyin artırılmasıdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info