“İş yerinə dair arayış“ e-xidmətindən 240 min dəfə istifadə qeydə alınıb
Tarix: 18.02.2016 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "İş yerinə dair arayış" elektron xidməti (e-xidmət) əhalinin ən çox müraciət etdiyi və ölkəmizin elektron arayış sistemində mühüm yer tutan e-xidmətlərdəndir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, belə ki, vətəndaşlar cari ilin yanvar ayında bu e-xidmətdən ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8% çox, yəni 13 261 dəfə faydalanıblar.
"Elektron Hökumət" portalında autenfikasiyadan keçərək "İş yerinə dair arayış" e-xidmətini seçən istifadəçi portal tərəfindən avtomatik olaraq formalaşdırılan iş yerinə dair arayışı elektron şəkildə aidiyyəti quruma göndərmək və ya çap edərək həmin quruma təqdim etmək imkanına malikdir. Vətəndaşın artıq bunun üçün işlədiyi müəssisənin müvafiq məsul şəxsinə müraciət etməsinə ehtiyac qalmır. Digər tərəfdən, arayışların təqdim olunduğu təşkilatlar zərurət yaranarsa onun düzgünlüyünü portaldakı xüsusi xidmət vasitəsilə yoxlaya bilirlər. İş yerinə dair elektron arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, eləcə də işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. əksini tapır.
Bu amillərin nəticəsidir ki, “İş yerinə dair arayış” e-xidməti ölkəmizdə kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesində daha fəal rol oynaması ilə seçilir. 2014-cü ilin dekabrında istifadəyə verilən bu e-xidmətdən cari ilin 1 fevral tarixinədək ümumilikdə 240 min dəfəyə yaxın istifadə qeydə alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni ən böyük sosial layihəsinə start verir
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info