UNEC iş adamları və sahibkarlarla daha sıx əməkdaşlıq edəcək
Tarix: 18.02.2016 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycanın nüfuzlu şirkət nümayəndələrinin və iş adamlarının iştirakı ilə tədbir keçirilib. UNEC-in Texnologiya və dizayn fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbir “Yeni iqtisadi çağırış və modern təhsil” mövzusunda olub.
Bu barədə UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov Azərbaycan Respublikası Prezidentinin ölkədə biznes mühitinin yaxşılaşdırılması və dövlət idarəçiliyində səmərəliliyin artırılması istiqamətində apardığı islahatlardan danışıb.
Bildirib ki, ölkə prezidentinin çağırışlarına UNEC real addımlarla cavab verməkdədir. Belə ki, universitetdə iqtisadi təhsilin modernləşdirilməsi və iqtisadi təhsildə keyfiyyət parametrlərinin yüksəkldilməsi istiqamətində əhəmiyyətli işlər görülür. D.Bağırov bildirib ki, mək niyyətindədir.
Görüşdə iştirak edən şirkət nümayəndələri və iş adamları müasir bazar tələblərinə cavab verən kadrların hazırlanmasında universitetlərin mühüm rol oynadığını bildirib. Azərbaycandakı zavod və müəssisələrin ən son texnologiyalar əsasında qurulduğunu bildirən qonaqlar, bu avadanlıqlardan istifadə üçün müasir standartlara cavab verən texnoloji mütəxəssislərə ehtiyac olduğunu vurğulayıb. Qeyd edilib ki, sahibkarlar da müəssisə və şirkətlərə yerli kadr və mütəxəssislərin cəlb olunmasında maraqlıdır. Çünki xaricdən dəvət olunan mütəxəssislərə daha artıq vəsait ödənilir.
Bunun üçün tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki biliklərin də tədris olunmasının vacibliyi qeyd olunub. Bildirilib ki, ali təhsil müəssisələrində aktuallığını itirən fənlər yeni tələblərə cavab verən fənlərlə əvəz olunmalıdır. Bunun üçün şirkət və müəssisələrin nümayəndələri tədris planları ilə yaxından tanış olmalı, gərəkli fənlərin tədrisi üçün təkliflər verməlidir.
Görüşdə UNEC-in Karyera mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, UNEC tələbələri mütəmadi olaraq şirkətlərdə tanışlıq turunda olurlar. UNEC tələbələrinin digər universitetlərlə müqayisədə daha aktiv və həvəsli olduğu da bildirilib.
Tədbir müzakirələrlə davam edib, əməkdaşlıq əlaqələrinin genişləndiriliməsi üçün təkliflər verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info