Qazaxıstan, Gürcüstan və Azərbaycan dəmir yolu konserni təsis edəcəklər
Tarix: 18.02.2016 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Gürcüstan, Qazaxıstan və Azərbaycanın dəmiryol idarələri Qazaxıstan, Azərbaycan və Gürcüstan əraziləri ilə Çindən Avropaya yük daşınmasını təmin edəcək dəmir yolu konsorsiumunun yaradılması barədə razılığa gəliblər. AZƏRTAC “Qruziya Online” saytına istinadla xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Qazaxıstan Baş nazirinin müavini Bakıtjan Sagintayev bəyan edib.
Gürcüstan və Qazaxıstan hökumət idarələri nümayəndələrinin Tbilisi görüşünün əsas müzakirə mövzusu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu olub. B.Sagintayev deyib: “Bu, hamı üçün çox sərfəli tranzit marşrutdur və biz hamımız belə konsorsiumun yaradılmasına ciddi maraq göstəririk”.
Xatırladaq ki, Bakıtjan Sagintayev Tbilisidən əvvəl Azərbaycanda səfərdə olub və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı məsələsini müzakirə edib. Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazilərindən keçən bu dəhlizlə Avropadan Çinə artıq üç sınaq konteyner qatarı göndərilib. Yanvarın 15-də layihəyə Ukrayna da qoşulub və artıq bu marşrutla 2 yük qatarı göndərib.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Külək və günəş stansiyaları üçün ərazilər müəyyənləşdirilib
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info