Hərbi həkimlərimiz ABŞ-da konfransda iştirak ediblər
Tarix: 18.02.2016 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin zabitləri ABŞ-ın Arlinqton şəhərində keçirilən Amerika mikrobiologiya elmi cəmiyyətinin (ASM) biomüdafiə məsələlərinə və yeni yoluxucu xəstəliklərin tədqiqatına dair illik konfransında iştirak ediblər.
Müdafiə Nazirliyinin saytında yer alan məlumata görə, konfransda Azərbaycanla yanaşı 50-dən çox - ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, Belçika, Hindistan, Koreya Respublikası, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan və s. ölkələrdən olan nümayəndə heyətləri iştirak ediblər.
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin nümayəndələri, tibb xidməti mayorları Surxay Məmmədov və Namiq Hüseynovun iştirak etdikləri konfransda biotəhlükəsizlik məsələlərinə, eləcə də tibbə yeni məlum olan xəstəliklərə dair tədqiqatların nəticələrinə dair ətraflı müzakirələr aparılıb.
Hazırda dünyada artan bioterrorizm təhlükəsi ilə əlaqədar biomüdafiə və biotəhlükəsizlik məsələləri sahəsində perspektiv istiqamətlərin müəyyənləşdirilməsinə dair konfransda məruzələr dinlənilib, müxtəlif mütəxəssis və ekspertlər bəşəriyyətin Ebola, Lassa, Marburq, Zika virusları kimi qlobal bioloji təhlükədən qorunması yolları ilə bağlı fikirlərini bölüşüblər.
Bundan əlavə, bakterioloji (bioloji) silahın tətbiqi imkanları, bəşəriyyətin bu bəladan qorunması, ümumiyyətlə bioloji silah kimi istifadə olunması ehtimal edilən patogenlərin dünyada yayılma arealı müzakirə olunub. Alimlərin apardıqları bir sıra tədqiqatların nəticələri nümayiş edilib, epidemioloqlar, mikrobioloqlar və infeksionistlər isə təcrübələri ilə bölüşüblər.
Konfrans çərçivəsində ölkəmizi təmsil edən nümayəndələr bir çox mütəxəssislərlə görüşlər keçirib, naməlum mənşəli qızdırmalı xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası barədə fikir mübadiləsi aparıblar
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info