F.Yusifov: “Tovuzçay su anbarının istifadəyə verilməsi aqrar sahənin inkişafına təkan verəcək”
Tarix: 18.02.2016 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Ölkədə su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və bu sahənin inkişafına yetirilən diqqətin nəticəsidir ki, Azərbaycanda nəhəng Şəmkir, Taxtakörpü su anbarları, Samur-Abşeron kanalı tikilib istismara verilib. Bugünlərdə isə ölkə başçısının iştirakı ilə Tovuzçay su anbarının açılışı oldu. Qeyd edək ki, “Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi” layihəsində nəzərdə tutulan tədbirlərin tam başa çatdırılması nəticəsində Tovuzda 16886 hektar, Şəmkirdə isə 2939 hektar olmaqla ümumilikdə 19825 hektar mövcud torpaq sahələrinin su təminatı yaxşılaşdırılacaq. Eyni zamanda, Tovuz rayonunda 300 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin olunacaq. Bu da həmin ərazidə becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına müsbət təsir göstərəcək. Ümumiyyətlə, meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır. Tovuz rayon ictimaiyyəti ilə görüşündə çıxışı zamanı ölkə başçısı bildirib ki, bizim əsas vəzifəmiz nəinki özümüzü bütün ərzaq məhsulları ilə təmin etməkdir, eyni zamanda, xarici bazarlara da keyfiyyətli məhsulla çıxmaqdır: “Bu istiqamətdə önəmli addımlar atılır. Biz gərək qeyri-neft sektoru hesabına ölkəmizə valyuta axınını təmin edək və bu sahədə əlbəttə ki, kənd təsərrüfatı birinci yerdədir. Tovuzçay su anbarının istismara verilməsi onların arasında xüsusi yer tutur”. 
Mütəxəssislər də meliorasiya və su təsərrüfatının ölkə iqtisadiyyatında mühüm rolu olduğunu, o cümlədən Tovuzçay su anbarının istifadəyə verilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirirlər. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun fikrincə, aqrar sektorun inkişafı sahəsində ölkəmizin potensial imkanları kifayət qədərdir və bunun üçün ilk növbədə müvafiq infrastrukturun yaradılması ən mühüm şərtlərdən biridir: “Ona görə də son illər ərzində dövlət regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində ölkəmizin ayrı - ayrı bölgələrində iri su anbarlarının tikintisi və kanalların çəkilişi ilə bağlı ciddi layihələri reallaşdırıb. Son müşavirələrin birində ölkə Prezidenti təkcə 2015-ci ilin deyil, ondan sonrakı bütün illərin də kənd təsərrüfatı ili olmasının zəruriliyini xüsusi vurğuladı. Bu dövlət başçısı səviyyəsində aqrar sektorun inkişafına verilən önəmdən irəli gələn fikirlər idi. Son bir neçə il ərzində aqrar sektorun inkişafı istiqamətində çox ciddi qərarlar qəbul edilib. Fermer təsərrüfatlarına dövlət dəstəyi kifayət qədər gücləndirilib. Nəticələr hər kəsə artıq bəllidir”. İqtisadçının sözlərinə görə, dünyada baş verən iqtisadi tənəzzül bizim iqtisadiyyatımızdan yan keçə bilməsə də ötən ilin yekunlarına görə aqrar sektor daha üstün inkişaf edə bilib: “Ümumi iqtisadi artım 1,1% olduğu halda, kənd təsərrüfatında istehsal 6,6% artıb. Bu aqrar sahəyə dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir. Azərbaycanda nəhəng Şəmkir, Taxtakörpü, Tovuzçay su anbarlarının, Samur-Abşeron kanalının tikilib istismara verilməsi nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcək. Tovuzçay su anbarının istifadəyə verilməsi isə həmin regionda aqrar sahənin inkişafına ciddi təkan verəcək”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info