“Süngü ucunda demokratiya gətirmək cəhdləri bütün dünyanı təhdid altına alıb”
Tarix: 18.02.2016 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


“Türkiyədə növbəti dəfə çox sayda insanı əhatə edən terror hadisəsinin baş verməsini çox böyük narahatlıqla qarşıladıq və hesab edirik ki, bu, Türkiyəyə qarşı yönəlmiş planların, qəsdlərin tərkib hissəsindən biridir”. Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, bu hadisə Türkiyənin bir dövlət olaraq həm ölkə daxilində, həm də ümumiyyətlə terrora qarşı mübarizədə həyata keçirdiyi aktiv fəaliyyətin narahat etdiyi dairələrin də işi ola bilər: “Türkiyənin daxilindəki birlik, öz mövqeyində, siyasətində ardıcıllıq bir çox dairələri narahat edir. Hesab edirəm ki, bu terror hadisəsi onu içəridən sarsıtmaq istiqamətində atılan bir addımdır. Mən bu hadisədən hədsiz dərəcədə narahat olduğumu vurğulayıram, qardaş xalqa qarşı yönəlmiş belə hadisələri qətiyyələ pisləyir və onların bugünki dərdlərinə, ağrılarına şərik oluram. Həlak olanların yaxınlarına Allahdan rəhmət diləyirəm. Eyni zamanda, hesab edirəm ki, belə terror hadisələri ilə Türkiyəni tutduğu yoldan, inkişafdan, haqq-ədalət uğrunda mübarizəsindən çəkindirmək mümkün olmayacaq. Türkiyə dövlətçiliyi, ərazi bütövlüyü uğrunda qətiyyətli mövqeyini, iradəsini hər zaman ortaya qoyacaq. Qardaş xalqa "Başın sağ olsun" söyləməklə yanaşı, "Qürurla başını dik tut!" da demək istəyirəm”.
Vitse-spiker deyib ki, bütün tərəqqipərvər bəşəriyyət, dünya dövlətləri və xalqları harada baş verməsindən asılı olmayaraq, terrora qarşı olmalı, bir mövqedən çıxış etməlidirlər: “Çünki getdikcə bu dəhşətli bəla dünyanın bütün ölkələrini və xalqlarını təhdid edir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət terrora qarşı bütün səylərini birləşdirməli və terror qrupları yaradan, onları maliyyələşdirən, silahla təmin edən dairələr son nəticədə bu prosesin onların özünə qarşı çevriləcəyini də unutmamamlıdırlar”.
Türkiyədə terrorun miqrant kimi ölkəyə daxil olan Suriya vətəndaşı tərəfindən törədilməsi məsələsinə münasibət bildirən B.Muradova qeyd edib ki, miqrantların üz tutduğu ölkələrin hamısına miqrantlar içərisində terrorçu qruplar, ayrı-ayrı şəxslər daxil ola bilər: “Biz hələ Suriya hadisələri başlamamış, dünyanı geniş miqyaslı terror bürüməmiş zamanda da Azərbaycanın üzləşdiyi terror hadisələri ilə bağlı qənaətləri beynəlxalq təşkilatlarda bölüşmüşdük. Mən şəxsən ATƏT-in Parlament Assambleyasında bu hadisələrdən heç kimin sığortalamadığını vurğulamışdım və terrora qarşı səyləri birləşdirməyin vacib olduğunu bildirmişdim. Zaman keçir və biz bir daha əmin oluruq ki, Ermənistan vasitəsilə Dağlıq Qarabağ ərazisinə köçürülən erməni əsilli vətəndaşların içərisində terrorçular gəldiyi, bu ərazidə ən müxtəlif terror hadisələri törətdiyi kimi, eləcə də terorçular Türkiyəyə, o cümlədən, Avropa dövlətlərinə də daxil ola bilirlər. Ona görə də hesab edirəm ki, ilk növbədə miqrant axınının qarşısını almaq istiqamətində səylər göstərilməlidir. Yəni, miqrant axının mənbəyinə təsir göstərən addımlar atılmalıdır. Axı bu miqrant axınını törədən səbəblər var. Bu, ayrı-ayrı ərəb ölkələrinə, Afrika qitəsində yerləşən ölkələrə edilən müdaxilələrin nəticəsində meydana gəlib. Əlbəttə ki, bu ölkələrdə sabitliyin əldə olunmasına, bu ölkələrə kənardan müdaxilələrin aradan qaldırılmasına çalışmaq lazımdır. Hər bir ölkənin xalqları öz ölkələrində kimin ölkəyə rəhbərlik etməsi barədə qərarı özləri qəbul etməlidirlər. Əlbəttə, bu ölkələrə süngü ucunda demokratiya gətirmək cəhdləri sonda ümumiyyətlə, bütün dünyanı təhdid altına aldı. Ona görə düşünürəm ki, başqa ölkələrin daxili işinə qarışmaq niyyətində olanlar və buradan da öz maraqlarını güdənlər sonda özləri də çox böyük bəla ilə üz-üzə qalacaqlar. Nə qədər gec deyil, imkan yaratmaq lazımdır ki, hər bir ölkə öz daxili münasibətlərini özü müəyyən etsin”.
B.Muradova həmçinin əlavə edib ki, miqrantlardan kimin dinc vətəndaş, kimin terrorçu olmasını müəyyən etmək üçün mexanizmlər yaradılmalı, təhlükəsizlik tədbirlərinə ciddi diqqət yetirilməlidir.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info