BSU-da alban abidələrinə həsr edilən elmi konfranas
Tarix: 18.02.2016 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Fevralın 18-də Bakı Slavyan Universitetində (BSU) “Azərbaycanın islamaqədərki tarixi: Alban abidələri” mövzusunda elmi konfrans və fotosərgi keçirilib. Konfrans BSU və Azərbaycan Milli Qeyri - Hökumət Təşkilatı (QHT) Forumunun (MQF) birgə təşkilatçılığı ilə baş tutub.
Milli Məclisin üzvləri, QHT və KİV-lərin nümayəndələrinin iştirak etdiyi tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev “Multikulturalizm ili” çərçivəsində həyata keçirilən konfransın əhəmiyyətindən danışıb. Rektor qədim Alban abidələrinin əcdadlarımızın dini inanclarının rəmzi abidəsi olduğunu diqqətə çatdırıb. Azərbaycanın  bəşər mədəniyyətinin mərkəzlərindən biri olaraq müxtəlif çalarlı mədəni dəyərlərə sahib olduğunu deyib. Ölkəmizin ərazisində tarixin müxtəlif dövrlərinə aid yüzlərlə maddi-mədəniyyət abidələrinin mövcudluğunu qeyd edib: “Müxtəlif xalqalara və etnik qruplara məxsus tarixi abidələrin və dini ənənələrin qədim dövrlərdən bəri birgə öyrənilməsi multikulturalizmin Azərbaycanda əsrlər boyu mövcudluğunun nişanəsidir. Azərbaycanda yaşayan fərqli məzhəblərə aid olan xalqlar arasında dini zəmində gərginliyin yaşanmaması dünya ölkələri üçün vacib örnəkdir”.
MQF-in rəhbəri Rauf Zeyni çıxışında tarixi abidələrin araşdırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, Milli Qeyri - Hökumət Təşkilatı vətəndaş cəmiyyətinin tarixi abidələr, Alban abidələrinin araşdırılması, Azərbaycanın islamaqədərki tarixi istiqamətində irəli sürdüyü fikirləri dəstəkləməyə hər zaman hazırdır. Azərbaycan ərazisində əsrlər boyu hökm sürən gerçəklikləri, tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq bu ölkədə və dünyada yaşayan hər bir Azərbaycan vətəndaşının borcudur.
Millət vəkili, professor Musa Qasımlı konfransın mahiyyəti barədə fikirlərini iştirakçılarla bölüşüb: “Tədbirin Bakı Slavyan Universitetində təşkili gənclərin Azərbaycan tarixinin dərin köklərini, burada yaşayan əcdadların kimliyi və milli məsubiyyətini daha dəqiq bilmələri üçün əhəmiyyətlidir. “Multikulturalizm dövlət siyasətinin əsasını təşkil edir!” deyən millət vəkili bu siyasətin Azərbaycan xalqının tarixi ənənəsindən və təbiətindən gəldiyini vurğulayıb.
AMEA-nın müxbir üzvü, professor Fəridə Məmmədova, fotomüxbir Kərəm Nəbiyev, BSU-nun Diplomatiya və xarici siyasət kafedrasının müdiri Şirinbəy Əliyev və çıxış edən digər məruzəçilərin qədim Alban abidələri, Azərbaycanın islamaqədərki tarixi mövzusunda fikirləri dinlənilib, müzakirələr aparılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncamına əsasən 2016-cı ilin “Multikulturalizm ili” kimi elan olunması belə tədbirlərin davamlı olacağına əsas verir.
Konfrans çərçivəsində BSU-da fotomüxbir Kərəm Nəbiyevin qədim Alban abidələrini əks etdirən fotolarından ibarət sərgisinə baxış keçirilib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info