Cənubi Çin dənizində münaqişə gözlənilir?
Tarix: 19.02.2016 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Çin dövləti Cənubi Çin dənizi ərazilərində yerləşən bir neçə adaya nəzarət edən ABŞ donanmasına qarşı etiraz səsini qaldırıb. Məsələ burasındadır ki, Vyetnam və Tayvanın da öz əraziləri saydıqları həmin adalara artıq Çin tərəfindən təyyarə əleyhinə raketlərlə təchiz edilmiş hərbi qüvvələr gətirilib. Məsələnin maraqlı cəhətlərindən biri də budur ki, Pekinin iddialarına əhmiyyət verməyən Vaşinqton da həmin regiona əlavə hərbi gəmi və təyyarələr göndərib. Ekspertlərin iddiasına görə, adıçəkilən tərəflərdən heç biri geri çəkilmək niyyətində deyil. Belə görünür ki, birbaşa hərbi münaqişə riski artmaqdadır.
Qeyd edək ki, Çinin Parasel adalar silsiləsinə daxil olan Vudi adasına «HQ-9» tipli zenit-raket kompleksinin gətirilməsi kosmosdan lentə alınaraq, ABŞ telekanallarında da nümayiş etdirilib. Bundan əlavə, baş verən hadisənin reallığını Pentaqon rəsmiləri ilə yanaşı, Tayvan dövləti də təsdiq edib.
Baş verənlərə münasibət bildirən Britaniyanın «Guardian» nəşri regionda baş verənlərin 1962-ci ildəki Kuba hadisələri ilə eyniyyət təşkil etdiyini xatırladıb. Qəzet vəziyyətin böyük müharibə həddinə çata biləcəyinə ümid etməsə də, Çinin Cənubi Çin dənizini tədricən ələ keçirmək niyyətində olduğunu və bu istiqamətdə müəyyən hərbi addımlar atdığını bildirib. Qeyd edək ki, Parasel adalar silsiləsinə daxil olan Spratli adası da Çin və onun yaxın qonşuları arasında mübahisəli ərazi olaraq qalır. Parasel adaları isə Çinin hərbi qüvvələrini yerləşdirmək üçün böyük önəm kəsb edən ərazilərdəndir.
Bəlkə də, elə bunu nəzərə alan Çin dövləti ötən ilin noyabrından başlayaraq Vudi adasına «J-11» döyüş təyyarələri yerləşdirməyə başlamışdı. Hazırda isə Çin bu ərazilərə havadan müdafiə raket sistemləri gətirməyə başlayıb. Belə görünür ki, Çinin əsas məqsədi Parasel adaları yaxınlığında ABŞ hərbi aviasiyasının qarşısını almağa hesablanıb.
Xatırladaq ki, bu ilin əvvəllərində ABŞ dövləti də mübahisəli adalar silsiləsindən birinə raket silahları göndərdi. Lakin həmin ərəfədə ABŞ-ın bu addımı Pekinin məhdud da olsa, etirazı ilə qarşılanmışdı. Qeyd edək ki, əvvəllər bu ərazilərdə analoji əməliyyatlar həyata keçirən ABŞ-ın döyüş təyyarələri artıq bir sıra problemlərlə üz-üzə qalmalı olacaqlar.
Göründüyü kimi, bu regionda vəziyyət o qədər də ürəkaçan deyil. «Nezavisimaya qazeta»nın əməkdaşı ilə söhbətində Uzaq Şərq Araşdırmaları İnstitutunun əməkdaşı Aleksandr Larin də yaranmış vəziyyətdə iki ölkə-Çinlə ABŞ arasında hər hansı bir münaqişənin olmasını istisna etmir: «Məlumdur ki, Çin Yaponiya ilə aralarında olan mübahisəli adalar üzərindən uçuşlara məhdudiyyət qoyub. Əgər Çin dövləti belə bir məhdudiyyəti Çənubi Çin dənizi üzərində də tətbiq etsə, belə olan halda, münaqişə riski çox arta bilər. Belə olan halda, maraqlıdır, görəsən, hər iki dövlət rəhbəri özlərini necə apararlar? Hər halda, mən belə başa düşürəm ki, onların heç biri özlərini aşağılamaq niyyətində olmayacaq. Bütün bunların başlıca qayəsi Çin tərəfindən ABŞ-ın Şərqi Asiyadakı təsirini zəiflətməyə hesablanıb və Çin tədricən bu məqsədə doğru irəliləyir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info