“Wikileaks” AB ölkələrinin miqrant planını yayıb
Tarix: 19.02.2016 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


“Wikileaks” saytı Avropa Birliyi ölkələrinin Aralıq dənizindəki mühacirlərə qarşı “Sofya əməliyyatı”nın detallarının yer aldığı gizli sənədi üzə çıxarıb.
Qeyd edək ki, dünən AB liderləri Belçikada mühacirlərlə də bağlı zirvə görüşü keçiriblər. “Wikileaks”in açıqladığı sənəddə AB-nin mühacir axınını dayandırmaq üçün həyata keçirdiyi əsgəri əməliyyatda mövcud olan son mərhələnin detalları açıqlanıb. Xatırladaq ki, ötən ilin iyununda AB qüvvələri 22 ölkədən göndərilən 1318 əsgər, 4 gəmi ilə Aralıq dənizi və Liviya sahillərindəki miqrantlara qarşı “Sofya əməliyyatı” həyata keçirib. Oktyabr ayında isə BMT Təhlükəsizlik Şurasının qərarı ilə AB gəmilərinin Aralıq dənizində mühacir gəmilərini dayandırmasının və insan tacirlərini tutmasının önü açılmışdı. “Wikileaks”in sızdırdığı və İtaliya Hərbi Dəniz Qüvvələrindən admiral Enrico Credendinonun imzasını daşıyan sənəd üzv ölkələrə 29 yanvar 2016-cı il tarixində göndərilib. Sənəddə Yaxın Şərq və Afrikadan Avropaya gələn miqrantların qarşısının alınmasında çətinliklər yaşandığı qeyd edilib. Dörd mərhələli olduğu yazılan planda hazırda 2A kateqoriyası icra edilir ki, bu da yalnız açıq dənizlərdəki gəmilərə müdaxiləni nəzərdə tutur. Qeyd edilir ki, əməliyyatın uğurlu olması üçün "Liviya səhralarında əməliyyat" mənasını verən 2B mərhələsinə keçmək lazımdır. Qeyd edilir ki, Liviyada Avropanın maraqlarına uyğun hökumət qurulmalıdır. Növbəti mərhələ Liviya sahillərində əməliyyatlar keçirilməsini nəzərədə tutur. Bu arada Afina hökuməti Belçikanı “yalançılıqda” günahlandırıb. Yunanıstanın miqrasiya siyasəti naziri Yiannis Mouzalas deyib ki, sərhədlərimizi idarə edə bilməməyimizin deyilməsi böyük yalandan ibarətdir. O, sərhədlərin möhkəmləndirildiyini və mühacirlərin təsbit edilməsi üçün işlərin görüldüyünü deyib: “Yunanıstan bu yolla Avropaya üz tutan mühacir axınının qarşısını almağı hədəfləyir. Yunanıstanda mühacirlər üçün kifayət qədər yerləşmə imkanı yoxdur”. AB komissarı Juncker isə Türkiyədən Yunanıstana olan qaçqın axınının azaldığını söyləyib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info