Zaqatalada məcburi köçkünlər üçün yeni yaşayış kompleksi salınır
Tarix: 19.02.2016 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


Zaqatala rayonunun ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 135 ailəlik bütün zəruri sosial-texniki infrastruktur obyektləri olan yeni yaşayış kompleksinin tikintisi başa çatmaq
üzrədir.

Kompleksin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Rayonun Aşağı Tala kəndinin ərazisində tikilən yeni yaşayış kompleksinə hər biri 45 mənzildən ibarət 3 ədəd beşmərtəbəli yaşayış binası, həmçinin 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb mərkəzi, poçt binası, klub-icma mərkəzi, inzibati bina və yardımçı tikililər daxildir. AZƏRTAC-ın müxbiri ərazidə olub, tikinti işlərinin gedişi ilə maraqlanıb. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Zaqatala ofisi üzrə baş texniki nəzarətçisi Kamal Əzizovun bildirdiyinə görə, yaşayış binalarının tikintisi artıq tam başa çatıb. Hazırda binaların daxilində avadanlığın quraşdırılması və təmizlik işləri aparılır. Məktəb binası, uşaq bağçası və digər obyektlərin inşası da yekunlaşıb. Binaların elektrik və istilik şəbəkələri, su-kanalizasiya sistemi istifadəyə hazırdır. Hər birinin 200 kubmetr tutumu olan iki su anbarının tikintisində isə son tamamlama işləri görülür. Yaşayış kompleksinin ərazisində abadlıq və yaşıllaşdırma işlərinə də başlanılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub
22.02.2019
Mingəçevirin innovativ layihələri müəyyənləşib
22.02.2019
“İşıq İnşaat” MTK-nın sakinləri onların rahatlığını pozan restoranın bağlanmasını tələb edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info