ABŞ-dan Azərbaycanın tolerantlıq modelinin təqdirinə dair bəyannamə
Tarix: 19.02.2016 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


ABŞ-ın Yuta ştatının Senatı və Nümayəndələr Palatası fevralın 17-də Azərbaycanın tolerantlıq modelinin təqdir olunduğu bəyannamə qəbul edib.
Senatın sədri, Nümayəndələr Palatasının spikeri, eləcə də digər qanunvericilər tərəfindən imzalanmış bəyannamə Azərbaycanın Los- Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Baş konsul Yuta ştatı Senatının plenar iclasında çıxış edərək Azərbaycanda müxtəlif dinlərin sülh, tolerantlıq və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını qeyd edib və belə bir önəmli sənədin qəbuluna görə senatorlara təşəkkürünü bildirib.
Bəyannaməni təqdim edən senator Cin Deyvis Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk demokratik və dünyəvi dövlət yaratdığını və qadınlara ilk dəfə seçki hüququ verdiyini qeyd edib. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən senator ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşıq münasibətlərinin qurulduğunu diqqətə çatdırıb. Sonra sözügedən bəyannamə oxunub.
Bəyannamədə Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, burada qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ifadə olunur. Həmçinin bildirilir ki, hazırda dünyanın müxtəlif bölgələrində dini nifrət, terrorçuluq, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə, Azərbaycan özünəxas tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir model təşkil edir. Bəyannamədə o da vurğulanır ki, Azərbaycan rəhbərliyi belə mütərəqqi mühitin inkişaf etdirilməsində böyük rol oynamaqda və bu prosesləri müxtəlif vasitələrlə dəstəkləməkdədir.
Eyni zamanda, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğu və aprel ayında Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçiriləcəyi qeyd olunur və bildirilir ki, ABŞ tolerant və dünyəvi müttəfiqlərini dəstəkləməli və bu səpkidə Azərbaycanın tolerantlıq modelinin bütün dünyada tətbiqinə çalışmalıdır.
Qeyd edək ki, bəyannamə həmin gün Yuta ştatının Nümayəndələr Palatasında da qəbul olunub. Bəyannaməni Nümayəndələr Palatasının üzvü Lin Heminqvey təqdim edib.
Yuta ştatına işçi səfəri zamanı baş konsul N.Ağayev ştatın vitse-qubernatoru Spenser Koks, Senatın sədri Veyn Niderhauser, Nümayəndələr Palatasının spikeri Qreqori Hyuqs və digər qanunvericilərlə görüşlər keçirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info