AZAL özünün aşağı büdcəli brendini yaradır
Tarix: 19.02.2016 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətin aşağı büdcəli istiqamətləri üzrə uçuşlar yerinə yetirəcək yeni “AZALJET” brendinin yaradılmasına dair planlarını elan edir.
AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, “AZALJET” brendi altında uçuşlar cari ilin 28 mart tarixindən etibarən Azərbaycan mülki aviasiyasının mövcud infrastrukturu əsasında yerinə yetiriləcək.
“AZALJET” brendi altında yerinə yetiriləcək reyslərdə baqajın daşınması və bortda qidalanma əlavə ödəniş müqabilində təklif olunacaq. Belə təcrübə 2015-ci ilin avqustundan qismən və 2016-ci il 1 fevral tarixindən isə tam miqyasda AZAL-ın bir sıra aviareyslərində uğurla tətbiq olunmağa başlayıb. Bununla əlaqədar olaraq, aviaşirkət bu sxem üzrə aviabiletlər təklif edəcək ayrıca brendin yaradılması haqqında qərar qəbul edib.
Son illərdə aşağı büdcəli aviaşirkətlər bütün dünyada məşhurluq qazanıb. Bu, aviadaşıma biznesinə “aşağı xərclər - aşağı tariflər – yüksək tələb - yüksək gəlir” formulu ilə ifadə olunan yanaşmadır.AZAL özünün aşağı büdcəli brendini ayrıca struktura ayırdıqdan sonra, əvvəlki kimi həm baqajın daşınması, həm də tam çeşidli bort qidalanmasının daxil olduğu klassik aviareyslərini yerinə yetirməyə davam edəcək.
Bununla da, Azərbaycanın milli aviadaşıyıcısı bizim bazara maraq göstərən həm klassik, həm də aşağı büdcəli aviaşirkətlər ilə aviasiya bazarında səmərəli rəqabət etmək imkanı əldə edəcək. Məsələn, Azərbaycanın regionlarına “Türk Hava Yolları”nın (THY) aşağı büdcəli brendi olan “Anadolu Jet” artıq uçuşlar yerinə yetirir və mart ayının sonunda Macarıstanın aşağı büdcəli aviaşirkəti “WizzAir” tərəfindən Bakıdan Budapeştə uçuşlar bərpa ediləcək. Artıq digər aşağı büdcəli aviaşirkətlər, o cümlədən Türkiyənin “Pegasus” və “Atlasjet” şirkətləri də Azərbaycana uçuşlara maraq göstərir.
"Bu biznes-model müəyyən xidmətlərə qənaət edilməsini nəzərdə tutur ki, bu da, klassik aviaşirkətlər ilə müqayisədə qiyməti xeyli aşağı salmağa imkan verir. Bununla yanaşı, biz Azərbaycanın Milli aviadaşıyıcısının bütün reyslərində əvvəlki kimi təhlükəsizlik və xidmətin yüksək səviyyəsinə zəmanət veririk", - deyə AZAL QSC-nin prezidenti Cahangir Əsgərov bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info