Sahil Mühafizəsinin 11 ili
Tarix: 19.02.2016 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Fevralın 19-da Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin yaradılmasının 11-ci ildönümü geniş qeyd edilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev İdeoloji Mərkəzinə və Sahil Mühafizəsinin tarixini əks etdirən muzeyə baxıblar.
Sonra Dövlət Sərhəd Xidmətini rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev mətbuat nümayəndələri ilə birlikdə “Şahdağ” və “Tufan” sərhəd gözətçi gəmilərinə baxış keçirib.
Sahil Mühafizəsinin “N” saylı hərbi hissəsində keçirilən tədbirdə çıxış edən general-polkovnik Elçin Quliyev şəxsi heyətə təbriklərini çatdırıb. DSX rəisi çıxışında milli sərhəd siyasətinin və Sahil Mühafizəsinin formalaşması, dövlət sərhədlərinin mühafizəsi sisteminin təşəkkülü, dəniz sərhədlərinin etibarlı qorunması istiqamətində ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi çoxsaylı tədbirlərdən danışıb. Bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Xəzər dənizində güclü sərhəd mühafizəsi infrastrukturu yaradılıb. DSX Sahil Mühafizəsi Xəzər dənizinin Azərbaycana mənsub hissəsində dövlət maraqlarının müdafiəsini və sərhədlərimizin toxunulmazlığını yüksək səviyyədə təmin etməyə qadir hərbi birləşmə kimi formalaşıb.
Sonra Sahil Mühafizəsinin rəisi, general-mayor Əfqan Nağıyev məruzə ilə çıxış edib.
Tədbirdə ölkəmizin təhlükəsizliyi və dövlət sərhədinin etibarlı mühafizəsi məsələlərini daim ciddi nəzarətdə saxlayan, milli sərhəd strategiyamızın banisi ümummilli lider Heydər Əliyevin dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsinə xüsusi önəm verdiyi bildirilib.
Daha sonra xidməti döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş hərbi qulluqçular təltif olunublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
25.09.2018
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gedib
25.09.2018
Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
25.09.2018
Prezident Bolqarıstan nümayəndə heyətini qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info