Səfir: “Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlardır”
Tarix: 19.02.2016 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulovla görüşüb.
Yeni təyinatı münasibətilə səfiri təbrik edən Komissiyanın sədri ona fəaliyyətində uğurlar arzulayıb.
Parlamentə növbədənkənar seçkilərə hazırlıqla bağlı məlumat verən K.Turqankulov seçicilərin müəyyənləşdirilməsi, seçki prosesinin şəffaf və azad şəraitdə keçirilməsi, informasiya təminatının keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər aparıldığını bildirib. Martın 21-də Qazaxıstan Xalqları Assambleyasının xətti ilə Qazaxıstanda yaşayan etnik azlıqların nümayəndələrindən də Məclisə əlavə 9 üzvün seçilməsi və bununla bütün xalqların Qazaxıstan parlamentində təmsil olunmasının təmin edildiyi vurğulanıb.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun salamlarını çatdıran səfir Rəşad Məmmədov Qazaxıstanın demokratik ənənələrə sadiq qalaraq növbəti seçki prosesinin də uğurla həyata keçəcəyinə əmin olduğunu vurğulayıb. Azərbaycanla Qazaxıstan arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətlərindən söhbət açan diplomat Qazaxıstan və Azərbaycan xalqlarının tarixən dost və qardaş xalqlar olduğunu qeyd edib. O, Qazaxıstanda və ölkəmizdə bir çox millətlərin sülh və qarşılıqlı etimad şəraitində yaşamasının zəngin tolerantlıq və multikulturalizm ənənələrindən irəli gəldiyini qeyd edib. Səfir müxtəlif millətlərin sülh şəraitində yaşamasının və onların cəmiyyətə tam hüquqlu inteqrasiyasının təmin edilməsi baxımından Prezident Nursultan Nazarbayev tərəfindən irəli sürülən Qazaxıstan Xalqları Assambleyasının dünyada unikal bir institut olmasını vurğulayıb. “Bu gün Qazaxıstanda rəsmi olaraq 130 mindən çox azərbaycanlı yaşayır. Səsvermə hüququ olan azərbaycanlılar seçkilərdə fəal iştirak edirlər,” - deyən səfir bildirib ki, Qazaxıstanda bütün xalqlar kimi azərbaycanlılar üçün də yüksək şərait yaradılıb. Bu, onu göstərir ki, xalqlarımız tarixi, mədəniyyəti və ənənələri ilə bir-birinə sıx bağlıdır.
Səfir ölkələrimizin qanunverici orqanları arasında münasibətlərin daha da inkişaf etdirilməsi zəruriliyindən danışıb. Bildirib ki, seçki prosesini izləmək üçün Azərbaycandan böyük tərkibdə nümayəndə heyəti də gələcək.
Səfir iki ölkə arasındakı əlaqələrin hazırkı durumunun məmnunluq doğurduğunu qeyd edib. Bildirib ki, hazırda Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlardır və iki ölkə arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info