Elm və təhsil müəssisələrində çalışanlara sahibkarlıqla məşğul olmaq hüququ verilə bilər
Tarix: 19.02.2016 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Azərbaycanda elm və təhsil müəssisələrinin işçilərinə çalışdıqları quruma məxsus istehsalat sahələrində sahibkarlıq fəaliyyəti ilə də məşğul olmaq hüququ verilə bilər. Həmin fəaliyyətə görə onlardan vergi tutulmaması da təklif olunur.
Bu, “Elm haqqında” qanun lahiyəsinin 43-cü maddəsinin 7-ci və 8-ci bəndində əksini tapıb. Maddənin 7-ci bəndinə görə, elmi müəssisələrin və ali təhsil müəssisələrinin işçiləri əməkdaşı olduqları təşkilatda mövcud istehsalat sahələrində və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.
Maddənin 8-ci bəndində isə göstərilir ki, elmi işçilərin və mütəxəssislərin, ali təhsil müəssisəsi əməkdaşlarının çalışdıqları müəssisələrdəki innovasiya və sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətdən vergi tutulmur və ya bu hallarda güzəştli vergi tətbiq olunur. Qanun layihəsi fevralın 23-də Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?
24.04.2019
Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info