Xanlar Vəliyev: “O vaxtkı hakimiyyət Xocalıda soyqırımı olacağından xəbərdar idi”
Tarix: 19.02.2016 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


“Ayaz Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi”. Bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatında deyib. "Azərbaycanın o vaxtkı hakimiyyəti Xocalıda soyqırımı olacağından xəbərdar idi. Bunu bilmək üçün xüsusi məlumatların olmasına gərək yox idi. Bu hadisələr 1991-ci ilin noyabrında başlamışdı və intensiv şəkildə davam edirdi. Bunlar Qarabağda müxtəlif kəndlərdə baş verirdi. Əlbəttə ki, Xocalı miqyasında olmasa da, onlarla adamlar öldürülürdü, yüzlərlə insan yaralanırdı. Fevral ayının 16-17-də Qaradağlıda 67 nəfər qətlə yetirildi. Bir həftə sonra Xocalı faciəsi baş verdi. Siz bilirsiniz ki, o zaman Xocalıda 7 minə yaxın əhali yaşayırdı. Amma hadisə baş verəndə, orada o qədər adam olmayıb. Bunun səbəbini başa düşmək üçün alim olmağa gərək yoxdur. Azərbaycan hakimiyyətinin sözsüz ki, bundan xəbəri var idi, amma bunun qarşısını almaq üçün heç bir tədbir görmədi. Bu bir yana qalsın, hadisə baş verəndən sonra da insanların heç olmasa oradan köçürülməsini təşkil etmək lazım idi", - deyə o vurğulayıb. Hərbi prokurorun sözlərinə görə, hadisədən sonra Daxili İşlər Nazirliyi faciədə iki adamın öldüyü haqqında məlumat yayıb: “Sonradan Azərbaycan dövləti faciədə 613 nəfərin qətlə yetirildiyini sübut etmək üçün xeyli əziyyət çəkdi”. X. Vəliyev əlavə edib ki, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıyaya ədalət” kampaniyasının böyük rolu olub: “Məhz bu kampaniyadan sonra bir sıra ölkələr bunu soyqırımı kimi qəbul edib”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Meksikada Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info