Mədət Quliyev Denis Duran və Elena Aymone Sessera ilə görüşüb
Tarix: 19.02.2016 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Denis Duran ilə görüşüb.
 Komissiyadan bildirilib ki, görüşdə nümayəndəliyin yeni rəhbəri xanım Elena Aymone Sessera da iştirak edib. M. Quliyev D. Duranın Azərbaycanda çalışdığı dövrdə aparılmış birgə fəaliyyətin konstruktiv olduğunu, konkret nəticələr verdiyini qeyd edib. O, BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri təyin olunması münasibəti ilə xanım Elena Aymone Sesseranı təbrik edərək, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
M. Quliyev qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış ciddi humanitar problem olan əsir-girov və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üzrə fəaliyyətin Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq daha da intensivləşdirilməsi və təkmilləşdirilməsi prioritet vəzifədir. Komissiya sədri, ümumən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə keçirilmiş görüşlərin və aparılmış müzakirələrin qarşılıqlı faydalı olduğunu deyib.Denis Duran Azərbaycanda üç ildən artıq fəaliyyət göstərdiyi müddət ərzində təmsil etdiyi qurumun nümayəndəliyi ilə general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi xidmətlər arasında daim sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb.
Görüşdə birgə fəaliyyətin səmərəli olması baxımından bundan sonra da işgüzar əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info