“Sahil Mühafizəsi ən müasir texnika, silah və raket kompleksi ilə təchiz olunub”
Tarix: 19.02.2016 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


“Bu gün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi qoyulmuş tapşırıqların icrası üzrə mükəmməl bir hərbi qurumdur. Sahil Mühafizəsi bu gün ən müasir texnika, silah və raket kompleksi ilə təchiz olunub”.
Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev DSX-nın Sahil Mühafizəsinin yaradılmasının 11-ci il dönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, Xəzər dənizində Sahil Mühafizəsinin gəmiləri sürət və manevr imkanları ilə fərqlənən yeni gəmilərlə təchiz olunub: “Bu gəmilər 100 faiz peşəkar heyətlə təmin edilib”. 
DSX-nın rəisi əlavə edib ki, dövlətin qayğısı dövlət sərhədlərinin mühafizəsinə müsbət təsir göstərir: “Eyni zamanda, sərhədçilərin sosial vəziyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər davam etdirilir”.
O qeyd edib ki, bir çox dövlətin sərhəd xidmətləri Azərbaycan DSX-nın Sahil Mühafizəsinin təcrübəsini öyrənir: “Son illər ərzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi şərəfli bir yol keçib. Bu gün dövləti qayğı nəticəsində dövlət sərhədlərinin mühafizəsi etibarlı təşkil olunur. Dövlətin təhlükəsizliyi onun sərhədlərindən başlayır. Əminəm ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında daha böyük qələbələr qazanacağıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info