Çin Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir
Tarix: 19.02.2016 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfirliyinin müşaviri Yuy Xunçi  bildirib ki, 2015-ci ildə Çin ilk dəfə olaraq Azərbaycanın ən iri ticari tərəfdaşlarının birinci onluğuna daxil olub. Çin iqtisadiyyatının və Azərbaycan-Çin ticari-iqtisadi əlaqələrinin inkişafı məsələlərinə həsr olunmuş görüşdə 2015-ci ildə Çinin işgüzar fəallığının vəziyyəti barədə məlumat təqdim edilib. Bildirilib ki, Çinin istehlak bazarının vəziyyəti əsasən sabit olsa da, müəyyən tərəddüdlərlə müşayiət olunub. Belə ki, bəzi göstəricilər ilin əvvəlində aşağı, ilin sonunda isə yüksək səviyyədə olub. 2015-ci ildə Çində istehlak mallarının pərakəndə satış həcmi 30,1 trilyon yuana çatıb. Müşavirin sözlərinə görə, 2015-ci il Çində xarici ticarət baxımından qeyri-adi il olub: ölkə çox sərt və mürəkkəb vəziyyətlə üzləşib, inkişafı ləngidən amillərin ciddi təsiri hiss olunub.
Gömrüklə əlaqədar statistik məlumatlara görə, 2015-ci ildə Çində idxalın və ixracın ümumi həcmi əvvəlki ildəkinə nisbətən 7 faiz azalaraq 24,58 trilyon yuana bərabər olub. Diplomat deyib: “Dünya iqtisadiyyatları ilə müqayisədə Çin ən iri ticari tərəfdaş statusunu qoruyub saxlayıb, dünya bazarında Çinin ixrac payı davamlı şəkildə artıb”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20.08.2019
Dəmiryolçular üçün treninqlər keçirilir
20.08.2019
Onlar yüksək balla Azərbaycan İlahiyyat İnstitutunu seçdilər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info