Milli İcmaların Koordinasiya Şurasının üzvləri Dini Komitədə
Tarix: 19.02.2016 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəznində fəaliyyət göstərən Milli İcmaların Koordinasiya Şurası Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ilə görüş keçirdi. Görüşün məqsədi 21 fevral Beynəlxalq Ana dili Günü ərəfəsində Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrini ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində tolerantlıq dəyərləri istiqamətində görüşün təşkil olunmasıdır. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu illər ərzində icmalara yaradılan şəraitdən, tarix boyu Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəklində yaşayışından danışdı. Tolerantlıq dəyərinin azərbaycanlılar üçün xarakterik xüsusiyyət olduğunu vurğulayan komitənin sədr müavini çıxışı zamanı, Azərbaycan tarixində tolerantlığı sübut edən əsaslı nümunələr gətirdi. Daha sonra Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatın (AGAT) sədri Nərgiz Xələf Milli İcmaların Koordinasiya Şurası yaranma tarixindən və onların AGAT nəznində faəliyyətindən, birgə əməkdaşlığından söz açdı. Sonda söz Koordinasiya Şurasının sədrlərinə verildi. Türk, yəhudi, rus, polşa, kazak icmalarının sədrləri öz növbələrində təşəkkürlərini bildirərək fikirlərini bölüşdülər. Yekun olaraq icmanı maraqlandıran məsələlər müzakirə edildi. Qeyd edək ki, görüşdə türk, yəhudi, rus, polşa, kazak icmalarının sədrləri və nümayəndələri iştirak edirdi.
Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info