Bakıda Birinci Milli BMT Modeli Konfransına start verilir
Tarix: 19.02.2016 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Fevralın 20-də Fairmont otelində ölkə miqyasında Birinci Milli BMT Modeli Konfransına (MilliMUN) start veriləcək.
Bu barədə Gənclər və İdman nazirliyindən məlumat verilib.
Layihənin əsas məqsədlərindən biri Azərbaycanda BMT Modeli (bundan sonra – MUN) hərəkatının institutlaşdırılması, universitetlərdə MUN klublarının təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin (Model UN Network) yaradılmasıdır.
BMT Modeli tələbələrə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası və digər BMT qurumlarının real həyat simulyasiyasıdır. BMT Modelində tələbələr təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr aparırlar. Tələbələr problemləri həll etmək üçün beynəlxalq əməkdaşlığın səfərbərliyi naminə qətnamə layihəsi, strategiya planı hazırlayır, tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır, münaqişələri həll edirlər.
Bu istiqamətdə artıq bir sıra işlər görülmüş – ali təhsil müəssisələrində BMT Modeli haqqında təqdimatlar keçirilmiş, MUN klubları yaradılmış, universitet səviyyəsində və universitet arası konfranslar təşkil edilmişdir. Sosial media şəbəkələri və kütləvi informasiya vasitələrində müvafiq təbliğat işi aparılmışdır.
Konfrans çərçivəsində BMT-nin 5 komitəsinin işi simulyasiya ediləcək. 20-dən çox universitet, akademiya və məktəbləri təmsil edən 350 nəfər gəncin diplomat qismində iştirak etdiyi MilliMUN konfransında aşağıdakı mövzular müzakirə ediləcəkdir:
BMT Baş Assambleyası (UN GA) – “BMT sisteminin gücləndirilməsi və onun əsas institutlarının reforması”
BMT Təhlükəsizlik Şurası (UN SC) – “Dağlıq Qarabağ münaqişəsi”
YUNESKO (UNESCO) – “Müharibə və terrorist hücumları zamanı tarixi yer və mədəni irsin müdafiəsi”
BMT Qaçqınlar üzrə Ali Komissarlıq (UNHCR) – “Qaçqın böhranı çağırışlarına davamlı həllərin yaradılması”
Beynəlxalq Kommunikasiya Ittifaqı (ITU) – “Fərdi rəqəmli məlumatların təhlükəsizliyinin təmin edilməsi”
Bütün iştirakçılar seçim, müsahibə və təlim mərhələlərindən keçiblər.
Qeyd edək ki, hər komitənin “Ən yaxşı nümayəndə”, “Ən yaxşı mövqe sənədi” və “Ən yaxşı debatçı”sı seçiləcəkdir. Qaliblər təşkilatçılar tərəfindən sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.
Fevralın 23-də yekunlaşacaq Konfrans Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart 2014-cü il tarixli 348 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Höküməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” imzalanmış Layihə Sənədi çərçivəsində təşkil olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info