Mehriban Əliyeva Fransa Senatının üzvləri ilə görüşüb
Tarix: 19.02.2016 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Fevralın 19-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransa Senatının Yuxarı Departamentindən olan senatoru, Fransa-Qafqaz dostluq qrupunun üzvü Jan-Mari Bokelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fransa Senatının üzvlərini Bakıda görməkdən məmnun olduğunu bildirən Azərbaycanın birini xanımı Mehriban Əliyeva nümayəndə heyətinin bu səfərinin Azərbaycan-Fransa əməkdaşlığının daha da möhkəmlənməsinə, xüsusilə də parlamentlərarası əlaqələrin genişlənməsinə töhfə verəcəyini vurğuladı. Mehriban Əliyeva ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə güclü əməkdaşlığın olduğunu, əlaqələrin yaxşı templərlə inkişaf etdiyini bildirdi. Qeyd etdi ki, əməkdaşlığın yüksək səviyyəyə çatmasında Fransa Senatının üzvlərinin, həmçinin Azərbaycanın Fransadakı dostlarının və Fransa- Azərbaycan dostluq qrupunun üzvlərinin əməyi böyükdür. Dostluq qrupunun əsas məqsədi Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaqdır.
“Şadam ki, birgə fəaliyyətimiz nəticəsində son illər bir çox uğurlara nail olmuşuq. Bu illər ərzində Fransa və Azərbaycanın 12 regionu və şəhəri arasında qardaşlaşma və əməkdaşlıq haqqında sənədlər imzalanıb”, - deyən Mehriban Əliyeva ölkəmizdə Fransız Liseyinin fəaliyyət göstərdiyini, bu il Fransa Universitetinin açılışının nəzərdə tutulduğunu da qonaqların diqqətinə çatdırdı.
Heydər Əliyev Fondunun prezidenti Fransada Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif tədbirlərin təşkil olunduğunu, bu il də belə tədbirlərin keçiriləcəyini bildirərək, bütün bunların ölkəmizin daha yaxşı tanıdılmasına xidmət etdiyini vurğuladı. Ölkəmizə səfər edən Fransa Senatı üzvlərinin paytaxtla yanaşı, regionlarımıza da səfər edəcəklərini məmnunluqla qeyd edən Azərbaycanın birinci xanımı səfər zamanı qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanlarla görüşəcəklərini dedi. Azərbaycanın 20 ildən çoxdur ki, münaqişənin sülh yolu ilə həllinə çalışdığını diqqətə çatdıran Mehriban Əliyeva danışıqların heç bir nəticə vermədiyini təəssüflə vurğuladı. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri bildirdi ki, Azərbaycan dövləti bu məsələdə Fransanın dəstəyini yüksək qiymətləndirir.
“Mövqeyimiz bəllidir: bizim digər ölkənin torpaqlarına iddiamız yoxdur. Biz Azərbaycan torpaqlarının azad olunmasını, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını istəyirik”, - deyən Mehriban Əliyeva Fransada güclü erməni lobbisinin fəaliyyət göstərməsindən danışdı və vurğuladı ki, onların əsas məqsədi Azərbaycan haqqında yalan informasiya yaymaqdır. Dostluq qrupunun məqsədi isə Fransa ictimaiyyətini həqiqətlərlə tanış etməkdir. Mehriban Əliyeva bu işdə göstərilən dəstəyə görə Fransa Senatının üzvlərinə təşəkkürünü bildirdi.
Fransa Senatının üzvü Jan Mari-Bokel Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində rolunu yüksək qiymətləndirdi.
Görüşdə xatirə şəkli çəkdirildi.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info