Daxili işlər naziri gənc zabitlərlə görüşüb
Tarix: 19.02.2016 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Fevralın 19-da Daxili İşlər Nazirliyində (DİN) sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən ali hüquq təhsilli əməkdaşların respublikanın ərazi polis orqan və hissələrində vakant zabit vəzifələrinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov ənənəvi olaraq təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə ölkəmizin parlaq gələcəyinin işgüzar, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq gənclərdən asılı olduğunu vurğulayıblar. Gənc əməkdaşların hazırlıq səviyyəsinin artırılması, onlara lazımi diqqət və qayğı göstərilməsi, vəzifədə irəli çəkilmələri ölkə rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir.
Ramil Usubov Baş Kadrlar İdarəsinin rəhbərliyinə təyinatın tədbir iştirakçılarının istək və arzuları, hazırda yaşadıqları yerlər nəzərə alınmaqla həyata keçirilməsinə dair tapşırıq verdiyini bildirib. Diqqətə çatdırıb ki, həmin tapşırığa uyğun olaraq sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların zabit vəzifələrinə təyin edilmələri barədə müvafiq əmr imzalanıb.
Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov nazirliyə 35 əməkdaşın dəvət edildiyini bildirərək onların təyin olunduqları vəzifələrin siyahısını elan edib. Belə ki, nazirliyə dəvət olunanlardan 10 nəfəri əməliyyat müvəkkili, 20-si sahə inspektoru, 5 nəfəri isə kadr, post-patrul xidmətlərinə, həmçinin, məsul növbətçi, yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifələrinə təyinat alıblar.
Xaçmaz Rayon Polis Şöbəsində taqım komandiri vəzifəsinə təyin olunan Səbuhi Zeynalov gənc zabitlərin adından çıxış edərək xüsusi diqqət və qayğıya görə nazirliyin rəhbərliyinə təşəkkür edib, yüksək etimadı gələcək fəaliyyətləri ilə doğrultmağa çalışacaqlarını bildirib.
Daxili işlər naziri gənc əməkdaşlara tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən siyasi kurs cinayətkarlıqla qətiyyətli mübarizə, sabitliyin dönməzliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunmasında daxili işlər orqanlarının üzərinə də böyük və məsul vəzifələr qoyur.
Nazir gəncləri bir daha təbrik edərək deyib ki, zabit olmaq şərəfli bir işdir. Onların vətəndaşlara münasibəti, ümumilikdə, daxili işlər orqanları barədə müsbət və ya mənfi ictimai rəy yaradır. Buna görə də R.Usubov gənc zabitlərə polis adını uca tutmalarını, bilik və təcrübələrini daim artırmalarını, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, ədalətli və obyektiv olmalarını, cinayətkarlıqla mübarizədə hər zaman cəzanın labüdlüyü prinsipindən, dövlətin və qanunun mənafeyindən çıxış etmələrini tövsiyə edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb.
Daxili işlər naziri əmin olduğunu bildirib ki, gənc zabitlər bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə sədaqətlə xidmət edəcək, anda sadiq olacaq və onlara göstərilmiş etimadı layiqincə doğruldacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
ATMU-da dəyirmi masa: Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir
27.05.2019
Qərar verildi: Bu ərazidəki evlərin hamısı söküləcək
27.05.2019
“Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib
27.05.2019
Əli Şamilin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib
27.05.2019
Britaniya səfiri: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info