“Ukrayna xalqı özünü tərk edilmiş hiss edir”
Tarix: 20.02.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Arxiyepiskop Qulliksona görə, Ukraynada milli həmrəylik çatışmazlığı mövcuddur. Dinlərarası əməkdaşlığın davam etməsi ilə yanaşı, dinlər arasında gərginlik hələ də hiss edilməkdədir. Təbii ki, bu, din adamının mövqeyidir və onun Ukrayna böhranının həlli üçün beynəlxalq hüquqa istinad etməsi, beynəlxalq birliyin mövqeyinə də uyğundur. Bu, hər halda, Donbas döyüşçülərinin qarşısını almaq üçün zəruridir. Çətin və mürəkkəb şəraitdə özünü tərk edilmiş hiss edən Ukrayna xalqı daha çox həmrəyliyə ehtiyac hiss edir.
Din xadiminin xristian məzhəbləri arasındakı əlaqələr barədə fikirləri isə, bu, mütləqdir, onlar istər-istəməz gərginlik və qarşıdurmanın təsirini hiss edəcəklər. Xatırladaq ki, Vatikan diplomatı bu fikirləri Kiyevdə səsləndirib. Qeyd edək ki, Ukraynanın münaqişə zonasında vəziyyət gərgin olaraq qalır. Avropanın aparıcı dövlət liderləri Holland və Merkel və Rusiya prezidenti Vladimir Putinin dəstəklədiyi Ukrayna hökuməti ilə separatçılar arasında barışıq qüvvəyə minib. Nəzərə alınmalıdır ki, tərəflər arasında mövcud olan atəşkəs hələ də kövrək olaraq qalır. Yerinə yetirilməyən hər hansı bir maddə yenidən döyüşlərin bərpasına yol aça bilər. Bütün bunlarla yanaşı, ölkədəki humanitar vəziyyət də kritik bir həddədir. Avropa Xeyriyyə Cəmiyyətinin məlumatına görə, Ukraynanın 940 mindən artıq əhalisi köçkün həyatı yaşayır. Münaqişə zonasında 1.4 milyondan artıq insanın köməyə ehtiyacı var. Həmçinin, 600 mindən artıq ukraynalı qonşu ölkələrdə sığınacaq axtarmaq üçün ölkəni tərk edib. Təxmini hesablamalara görə 5.2 milyondan artıq insan hərbi əməliyyatların davam etdiyi ərazilərdə yaşayır. Avropa Xeyriyyə Cəmiyyəti 44 mindən artıq insanın təxliyə olmasına yardım göstərir: “Atəşkəs vacibdir. Belə şəraitdə hərbçilərin işləməsi, münaqişə qurbanlarının aşkarlanması və onlara yardım edilməsi asanlaşır”. Avropa Xeyriyyə Cəmiyyətinin vitse-prezidenti Andrey Vaskoviçin dediklərinə istinad etsək, doğrudan da, Ukraynada vəziyyət gərgin olaraq qalır. Ölkənin xarici borcları durmadan artmaqdadır. Ölkə iflas həddindədir. Artıq bu ölkə unudulmuş təsiri bağışlamaqdadır. Ukrayna əhalisinin əksəriyyəti artıq özünü tərk edilmiş, dünyanın qalan hissəsindən təcrid olunmuş hiss etməkdədir. Ölkədəki müharibə və səfalət Ukrayna xalqının həyatından qara xətt kimi keçir. Bütün bunlarla yanaşı, beynəlxalq həmrəyliyin getdikcə tükənməsi də, öz təsirini göstərməkdədir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Ermənilərin 45 faizi işsizliyi əsas problem hesab edirlər
23.05.2019
Baş nazir: Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı məsələ dostluq münasibətlərimizin ruhuna uyğun həll olunacaq
23.05.2019
Rusiya “ərəb NATO-su”na qarşı: “Bu, çox təhlükəli yoldur”
23.05.2019
ABŞ Türkiyəyə vaxt verib: Ankara təkzib edir
23.05.2019
Türkiyə və Yunanıstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info