“Türkiyənin özünümüdafiə üçün bütün vasitələrdən istifadə haqqı var”
Tarix: 20.02.2016 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi ənənəvi mətbuat konfransında Türkiyədə törədilən partlayışla bağlı mövzulara toxunub. Kirbi deyib ki, Ankarada törədilən partlayış terror aktıdır və orada günahsız insanların hədəfə götürüldüyü açıq-aşkar görünür. “Türkiyənin dünyanın terror təhlükəsi ilə üz-üzə qalan hər hansı ölkəsi kimi xalqını hücumlardan qorumaq üçün bütün mümkün imkanlardan istifadə etmək haqqı var. Hazırda YPG-nin Suriyada daha konstruktiv addımlar atmasını və Türkiyənin sərhədin qarşı tərəfindən top atışlarını dayandırmasını arzulayırıq”, - deyə, Kirbi bildirib.
Con Kirbi əlavə edib ki, hazırda Suriyada “İŞİD”-ə qarşı ən effektli mübarizəni kürd döyüşçülər aparır: “Kürd döyüşçülərin yeni ərazilər əldə etmək cəhdləri “İŞİD”-ə qarşı əməliyyatlar üçün zərərlidir. Suriyada kürd döyüşçülərə “İŞİD”-lə mübarizə müddətində havadan dəstək veriləcək. Amerika Birləşmiş Ştatlarının NATO müttəfiqi olan Türkiyə ilə daha yaxından əməkdaşlıq edəcəyinə heç kimin şübhəsi olmasın. Türkiyə bir dövlətdir, “İŞİD”-ə qarşı vacib müttəfiqdir. Bu, bir ölkəni Suriyada cəsur kürd döyüşçülərlə bərabər tutmaq deyil”. Departament sözçüsü Türkiyənin kürd döyüşçülərin ölkə sərhədlərinə yaxınlaşmasından keçirdiyi narahatlığı başa düşdüklərini diqqətə çatdırıb. “Biz kürdlərlə danışıqlar aparmağa davam edəcəyik. Suriyada kürdlərə yarı muxtariyyət verilməsini dəstəkləmirik”, - deyə, o, əlavə edib. Kirbi Ankarada terror aktının hansı qruplaşmanın törətməsi barədə dəqiq məlumata malik olmadıqlarını vurğulayıb. “Partlayışa görə məsuliyyət daşıyanın kimliyi təsdiq və ya inkar etmək imkanımız yoxdur”, - deyə, departament sözçüsü qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info