Rusiyada iş vaxtı sosial şəbəkələrdən istifadə qadağan edilir
Tarix: 20.02.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


“İzvestiya”: “Artıq bununla bağlı hökumətdən Əmək və Sosial Siyasət Nazirliyinə xüsusi tapşırıq verilib”

Rusiyada iş vaxtı sosial şəbəkələrdən istifadə qadağan ediləcək. “İzvestiya” yazır ki, artıq bununla bağlı baş nazirin müavini O.Qolodeç tərəfindən əmək və sosial siyasət naziri Maksim Topilinə xüsusi tapşırıq verilib. Əmək və Sosial Siyasət Nazirliyi bu məsələ ilə bağlı qanun layihəsi hazırlayaraq İctimai Palataya təqdim edəcək. Baş nazirin müavininin tapşırığında qeyd edilib ki, nazirlik bu sənədi İctimai Palata, Rusiya Müstəqil Həmkarlar İttifaqı Federasiyası, Sahibkarlar və Sənayeçilər İttifaqı ilə birlikdə hazırlamalıdır.

Qeyd edək ki, bu ilin yanvar ayında Sosial siyasət və əmək münasibətləri komissiyasının sədri Vladimir Slepak baş nazirin müavininə müraciət edərək Əmək Məcəlləsində bəzi dəyişiklik etməyi təklif edib. Həmin dəyişikliklərdən biri də iş zamanı sosial şəbəkələrdən istifadə, şəxsi yazışma və söhbətlərin aparılmasının qadağan edilməsi ilə bağlıdır. Artıq Əmək və Sosial Siyasət Nazirliyinin mətbuat xidməti hökumətdən bu məsələ ilə bağlı tapşırıq aldıqlarını təsdiqləyiblər. Nazirlik ayrı-ayrı sahibkarlar və ya vətəndaşlar tərəfindən bununla bağlı təklif almadıqlarını da bildiriblər. “İzvestiya” yazır ki, hazırda sahibkarlar qeyd edilən məsələ ilə bağlı bütün problemləri müstəqil şəkildə, hazırda qüvvədə olan Əmək Məcəlləsinə əsasən həyata keçirirlər. Rusiya dövlət başçısının internet məsələləri üzrə müşaviri German Klimenko hesab edir ki, iş zamanı işçilərin sosial şəbəkələrdən istifadə etməsinin yasaqlanması sahibkarın hüququdur: “Əmək rejimi müəssisə daxilində müəyyənləşir. Harada siqaret çəkmək olar, fasilənin müddəti, naharın yeri və vaxtı kimi məsələləri müəssisələr özləri müəyyən edir. Dövlətin kommersiya şirkətlərinin işinə və sosial şəbəkələrə qarışmasına nə ehtiyac olduğunu tam anlamıram. Bəlkə də, vacibdir. Mən qanunvericiliyin bütün nüanslarını bilmirəm”. Qeyd edək ki, Rusiyada dövlət orqanlarında çalışanların da iş zamanı sosial şəbəkələrdən istifadə etməsi yasaqlana bilər. Dövlət Dumasının İnformasiya komitəsinin rəhbəri Vadim Değin bildirib ki, bütün sosial şəbəkələr xarici şirkətlər tərəfindən yaradılıb və onlar tərəfindən idarə olunur. Bundan isə informasiya müharibəsinin gedişində ölkənin maraqlarının əleyhinə istifadə edilə bilər. Deqin bildirib ki, dövlət qulluqçularının iş yerlərində olan kompüterlər vasitəsilə sosial şəbəkələrə qoşulmasının qarşısını almaq lazımdır. Bu qadağa şəbəkələr vasitəsilə əhali ilə ünsiyyət quran məmurlara aid edilməməlidir. Deputatların bir çoxu bu qadağının daxli nizamnamə qaydaları əsasında tətbiq edilə biləcəyini düşünür. Digər tərəfdən dövlət orqanlarında olan kompyüterləri daşıdıqları informasiyalara görə ayrılması da təklif edilir. Xatırladaq ki, Saratov vilayətinin Təhsil Nazirliyi bir müddət əvvəl vilayətin ərazisində olan bütün təhsil ocaqlarında iş zamanı sosial şəbəkələrdən istifadəni yasaqlayıb. Qadağa “Google”, “Yahoo”, “MSN” və “AOL”-un elektron ünvanlarını, “Twitter”, “Facebook” və “Instagram”ı və “«WhatsApp”a aid edilib. Məktəblilər və ali təhsil ocaqlarına təklif edilib ki, onların əvəzində şəbəkələrin Rusiya analoqlrarından istifadə etsinlər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info