Avstriyanın qoyduğu məhdudiyyətlər humanitar böhrana səbəb ola bilər
Tarix: 20.02.2016 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Avstriya hökumətinin qərarına əsasən, fevralın 19-dan etibarən bu ölkədə siyasi sığınacaq üçün müraciətlərə limit tətbiq ediləcək.
Ölkəyə qaçqın axınını nəzərə alaraq, hökumət Avstriyadan siyasi sığınacaq üçün gündəlik 80 nəfərlik, Avstriyadan Almaniyaya ötürülən qaçqınların sayını isə 3200 nəfərlik kontingentlə məhdudlaşdırıb. Brüsseldə Avropa İttifaqı ölkələrinin Zirvə toplantısında Balkan ölkələri və Avropa Komissiyası tərəfindən Avstriyanın bu qərarına görə narahatlıq ifadə olunub və belə davam edərsə, bu qərarın yaxın günlərdə humanitar böhrana gətirib çıxaracağı bildirilib. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Avstriyanın qaçqın qəbulu ilə bağlı qərarlarını tənqid edərək, yeni qaydaların Aİ hüququ ilə üst-üstə düşməsinin yoxlanılmalı olduğunu qeyd edib. Avstriyanın daxili işlər naziri Yohanna Mikl-Laytner isə mətbuata açıqlamasında hökumətin qərarını müdafiə edərək, qaçqın problemi və onların yerləşdirilməsinə dair ümumavropa çıxış yolu tapılana kimi bu qərarın müvəqqəti ehtiyat çıxış yolu olduğunu söyləyib. Bir çox ekspertlər Avstriyanın son həftələrdə qaçqın qəbulu ilə bağlı tutduğu mövqenin (sərhədlərin bağlanması, illik qaçqın qəbuluna və gündəlik sığınacaq müraciətlərinə limit tətbiqi) Balkan regionunda domino effekti yarada biləcəyi ehtimalını irəli sürüblər. Yunanıstan baş nazirinin miqrasiya siyasətinə cavabdeh müavini Qiannis Mouzalas xəbərdarlıq edib ki, Balkan ölkələri öz sərhədlərini qaçqınlar üçün bağlayacağı təqdirdə, Yunanıstan ağır humanitar böhranla üz-üzə qalacaq.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info